Ağalar Vəliyev də heç kimi saya salmır

Ağalar Vəliyev də heç kimi saya salmır

"Biz Gəncə şəhərinin su və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin podratçısı olan «Azəraqrartikinti» ASC-nin işçi heyətiyik. Deputat Ağalar Vəliyevə məxsus olan bu şirkət koronavirusla mübarizə tədbirlərinin əksinə olaraq işçilərinin hüququnu pozur". Bu barədə DİA.AZ-a «Azəraqrartikinti» ASC Gəncə filialının işçiləri adından göndərilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Belə ki, Gəncədə şirkətin işçiləri qalan yataqxana və yeməkxana bağlanıb, nəticədə yüzlərlə işçilər harada gəldi gecələyir, harada gəldi yemək yeyirlər. Virusun tüğyan etdiyi dövrdə Ağalar Vəliyev işçiləri küçəyə töküb, yataqxanadan və yeməkxanadan məhrum edib. Nəticədə yüzlərlə fəhlə antisanitar şəraitdə işləyir, küçələrdə, maşınlarda yatır, yeməyi harada gəldi yeyirlər. Prezidentin yaratdığı virusla mübarizə fonduna pul köçürərək işçilərin qayğısına qaldığı barədə yalan danışan «Azəraqrartikinti» ASC rəhbərliyi niyə bu əməllərinə görə məsuliyyətə cəlb olunmur? Kim Ağalar Vəliyevə ixtiyar verib ki, işçilərin əmək hüquqlarını pozsun, dövlətə qarşı inamı sarsıtsın, təxribat törətsin? Aidiyyatı dövlət qurumları hara baxır? Milyonlarla dövlət vəsaitini xərcləyən Ağalar Vəliyev işçiləri niyə yataqxana və yeməkxanadan məhrum edib?"

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...