Aydın Əliyevin iki müavinin başı dərddə - İDDİA

Aydın Əliyevin iki müavinin başı dərddə -


Dövlət Gömrük Komitəsində böyük büdcə oğurluğunun üstü açılıb. Bu barədə DİA.AZ-a mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, istintaq orqanlarının və maliyyə ekspertlərinin birgə araşdırmalarından sonra DGK rəhbərliyinə aid müəyyən bir qrup tərəfindən keçən il ərzində dövlət büdcəsinə 870 milyon manat həcmində zərərin vurulduğu, qeyd olunan həcmdə mənimsəmə faktı təsbit olunub.

Mənbə dia.az-a bildirir ki, bu olayla əlaqədar konkret olaraq DGK rəhbərliyinə aid iki sima - Aydın Əliyevin müavinləri Əsgər Abdullayev və Rza Həsənəliyev əsas məsul şəxslər hesab olunduqlarından onların barəsində ən sərt qərarlar verilə bilər. Mənbə iddia edir ki, "yuxarılar" prosesə tam nəzarət etdiklərindən hətta DGK sisteminə nüfuz etmə imkanı olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov belə nələrisə dəyişmə imkanında deyil.

Xəbəri verən qaynaq onu da əlavə edib ki, müavinlərdən birinin və yaxud da daha aşağı vəzifəli şəxslərdən birinin həbsi də qaçılmazdır. Əlavə bilgilərimiz də olacaq. Qarşı tərəfi dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...