"Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR...

  "Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR...

SSRİ dağılanda biz də çox istəyirdik ki, bizdə də halal yolla milli sahibkarlıq, milli iş adamları yaransın. Yəni ölkəmizdə Hacı Zeynalabdin Tağıyev kimi sahibkarlar, iş adamları, biznesmenlər formalaşsın.

Təəssüf ki, belə olmadı. 70 il yaşadığımız sovet dönəmində hətta xırda ticarətlə məşğul olan kəslərə MÖHTƏKİR, ANTİPOD damğası vurularaq cəmiyyətdən təcrid olunurdu. Ancaq 90-cı illərdə ortaya çıxan bir çox iş adamları Hacı Zeynlabdin Tağıyev yolunu tutmaq əvəzinə, ələ düşən fürsətdən istifadə edərək millətin dərisini soymaqla məşğul olmağa başladılar.
Yəqin ki, həmin dövrdə o zamankı prezident Ayaz Mütəllibovun "Vahid" bankın xatırlayanlar var.

Camaatın inəyini, evindəki xalçasını-palazını satdırıb ayda 3-5 kq ərzaq verənlər yada düşdü.
Sözün qısası, bizdə sahibkarlıq, özəl biznes beləcə yaranmağa başladı.

Bu dalğada şəxsi biznes qurmaq istəyənlərdən biri də həmin illərdə “riyaziyyatçı olmaq istəyən” Aydın Talıbov olub.
Aydın Talıbov deyir ki, riyaziyyatçı olmaq istəyirdim, amma sonda ALVERÇİ oldum..
Talıbov, riyaziyyatçı olmaq istəyən necə alverçi ola bilərdi?
Talıbov, malyar və rəssam necə birgə ola bilər ?
Nə isə, keçək Veysəlinoğlu Aydın Talıbova bizim suallarımıza:

Cənab Veysəlinoğlu, sənin marketlərində vitrindən kassaya gələnə kimi qiymətlər 30-40 faiz artır...
Hörmətli Veysəlinoğu, kapitalizmi tərifləyirsən. Undursan ki, kapitalizm sistemində sənin kimi iş adamlarını qanun qarşısında divara dirəyərdilər.
İnanmırsan ?
Bəxtiniz onda gətirib ki, Veysəloğlu...
Kapitalizmi bəh-bəhlə tərifləyirsən, Veysəlinoğlu...

Başa düşmürsən ki, 1-ə alıb 5-ə satmaq kapitalizmin günahı deyil, Talıbov qardaşlarının əməlləridr.
Veysəlinoğlu, kapitalizm sənə deyir ki, vətəndaşların cibinə gir ?
Kapitalizm sənə deyir ki, şokoladın içindən QURD çıxar?
Cənab Talıbov, təriflədiyin kapitalizmdə şokoladın içindən qurd çıxsa, səni ölkədən qovarlar ee..
Kapitalizm sənə deyir ki, vergidən yayın ?

Bəli, ötən il Dövlət Vergi Xidməti Veysəloğlu Şirkətlər Qrupuna nə az, nə çox – 2 milyon manat maliyyə sanksiyası tətbiq edib. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilir.
Cənab Veysəloğlu ! Bu məlumatı Gündəlik-Bakı demir ee, Dövlət Vergi Xidməti rəsmi informasiya kimi yayır. Buna nə deyirsən ?
Bəlkə, məhkəməyə verəsən ?
Həm də külli miqdarda vergidən yayınma.
Sənin sahib olduğun marketlərdə dollar alveri edirlər. Bu əməl birbaşa cinayətdir.
Sənin marketlərində “vozvrat” malların tarixini, yararlılıq müddətini dəyişib yenidən vitrinlərə düzürlər.
Sənin marketlərində vitrindən kassaya gələnə kimi malların qiyməti 30-40 faiz dəyişir.
Budur, xalqa, dövlətə xidmət ?

Aydın Talıbov öz müsahibəsində deyir ki, ona məxsus marketlərin sayı 300-ü keçib. Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, Veysəloğlunun biznes imperatoprluğu.
Şirkətlər Qrupunda 17 min nəfər işçi çalışır.
İranlılar demişkən, xeyli xub.

Bəs, niyə bircə dəfə Əmək Müfəttişliyi şirkətdə əmək qanunvericiliyinin pozulması ilə bağlı monitorinq keçirməyib. Əmək müqavilələrinin olub-olmaması ilə maraqlanmayıb.

AQTA ( QİDA agentliyi) , agentliyin baş direktoru cənab Qoşqar Təhməzli niyə maraqlanmır ki, yüzlərlə satış mərkəzi olan Qrupda ərzaq və qida məhsulları standarta uyğun gəlirmi, ya yox ?

Niyə, Qoşqar Təhməzli Veysəloğlunun “Ulduz” şokolad fabrikindəki qurdlu məhsullar ilə maraqlanmır ?
Axı, istehlaklçıların bu qədər şikayətləri mediada tirajlanır, yayılır. Bunu dövlət qurumları görmür ?
Cənab Aydın Talıbov, rəsmi məlumata görə, sənə məxsus “Araz” supermarketlər şəbəkəsindən AQTA-ya 563 istehlakçı şikayəti olub, bunların 59-u vaxtı keçmiş, istifadə müddəti bitmiş qida məhsulları ilə bağlıdır.
Buna nə deyirsən, Veysəl müəllimin oğlu ? //gundelik-baku.com//

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
223 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...