Azərbaycan vergidən yayınan daha bir türkiyəli iş adamını axtarışa verib - FOTO

Azərbaycan vergidən yayınan daha bir türkiyəli iş adamını axtarışa verib -

Azərbaycan türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 47 yaşlı Yıldırım Çağlı vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
APA-nın əldə etdiyi məlumata görə Yıldırım Çağlı Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...