Deputatın qardaşı oğlunun apellyasiya şikayəti təmin edilmədi

Deputatın qardaşı oğlunun apellyasiya şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Mirələmovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirələmov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

R.Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...