Ağdamda Raqub Məmmədovdan şikayət var İDDİA

Ağdamda Raqub Məmmədovdan şikayət var

Qarabağın dilbər güşələrindən biri də Ağdam rayonudur. Azğınlaşmış erməniərin Azərbaycan ərazilərinə yersiz iddiaları, bu iddialardan dolayı Qarabağı işğal etmələri və eləcə də bu ərazilərdə olan yüzlərlə tarixi abidələrimizin dağıdılmasına gətirib çıxartdı. Xalqımız Qarabağ savaşında saysız hesabsız şəhid verdi, yüzlərlə günahsız insanlarımız əsir götürüldü. Xalqımız hələ də bu fəaciənin acısını yaşayır. Bəllidir ki, ərazisi harınlamış ermənilər tərəfindən işğal olunmuş rayonlarımızdan biri də Ağdam rayonudur. O, Ağdam rayonu ki, qərinələrlə Azərbaycan cəmiyyətində, dünya elmində öz ziyalıları hesabına xüsusi çəkiyə malikdirlər. Və, bu gündə Ağdam və ağdamlılar öz igidliyi və mərdlikləri ilə sayılıb seçilirlər. Bu gün isə Ağdam da vəziyyət bir qədər dəyişib.

İcra başçısının yersiz davranışlarından və zülmündən canı boğazlarına yığılan əhali Ağdam rayonunda tezliklə ciddi etiraz aksiyalarının baş qaldıra biləcəyini də israrla danışırlar. Buna səbəblər isə kifayət qədərdi.

Ağdamdan əldə etdiyimiz məlumatlarada deyilir ki, hər dəfə rayona İcra başcıları təyin edilərkən başqa bir ümidlə yaşayırlar. Düzü onlar düşünürlər ki, rayona təyin edilən icra başçısı onları ağ günə çıxaracaq. Əslində hər dəfə onlar bu fikirlərində yanılırlar və gün keçdikcə keçmiş icra başçılarına şükür edirlər. Necə ki, indi zəhmətkeş və tərəqqipərvər ağdam camaatı Həsən Sarıyevin və Nizami Sadıqovun ölənlərinə rəhmət oxuyurlar.

İcra başçıları sarıdan bəxti gətirməyən Ağdamın deyəsən bu dəfə də bəxti heç gətirməyib. Olan isə yenə də Ağdamlılara olur. İndi də Raquf Məmmədov onlara qənim kəsilib. Ağdam camaatından əldə etdiyimiz məlumatlarda bildirilir ki, icra başçısı vəzifəsinə təyinat alan Raqub Məmmədovun gəlişi Ağdamlılar üçün heç də düşərli olmadı.

Hardasa təxmini bir aya yaxın olar ki, Quzanlı qəsəbəsində 2-ci dəfə acılışı olan "Ağdam Cay Evi” ailəvi istirahət mərkəzi İcra başcısının oğlu Sənan Məmmədovun adı ilə bağlıdır. Bu xüsusda Ağdamdan verilən səhih məlumata görə, İcra başcısının oğlu Baki şəhərində məmur postuna yiyələnib. Bu sözü gedən, həmcinin aclışı olan "Ağdam Cay evi”nin bu dəfəki aclışında tanınmış sənət adamlarından Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Təyyar Bayramov və diğər sənətcilərin iştirakı ilə bayram əhval-ruhiyyəsi olan tədbir kecrilmişdir. Bu tədbirin kecrilməsi ücün İcra Başcısının tapşırığına uyğun olaraq idarə və müəssisələrdən müəyyən miqdarda pul yığılmışdır. Bu iş bilavəstə İcra Hakimiyyəti başcısının müavini Ağa Zeynalova həvalə edilmişdir. Deyilənlərə görə Ağa Zeynalov al, ver işində püxtələşmiş biridir. Elə ona görə də bu cür işlər də, Raquf Məmmədov onu "irəli” verir. Bilgili qaynağımızın verdiyi məlumatlarda o da bildirilir ki, "Ağdam Cay Evin”də işləyənlər Raqub Məmmədovun öz qohum əqrəbalarıdır. Bu da rayonda sakinlər tərəfindən söz –söhbət yaradıb. Daha sonra rayonun İmamqulubəyli qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş hamam icra başcısının qardaşı Polis Polkovnik leytinantı olan, Şahin Məmmədovun iş biznesinin gücləndirmək məqsədi ilə, hamamın iç qurluşu sökülüb, dağıdılaraq plastik-qapı pəncərə sexi kimi istifadə olunur. Əhali demək olar ki, hamamsız qalır. Etibarlılığına şüphə etmədiyimiz bilgili mənbəmiz deyir ki, başcıya yaxın qohumluq əlaqəsi olan,(qohumluq adı acıqlamırıq)İbrahimov Rasimin İmamqulubəyli kəndində, yol kənarında olan obyektin qarşısında əkilən, "PALMA” ağacları şəxsən İcra başcısı tərəfindən Xındırıstan kəndində yerləşən rayon Polis şöbəsinin həyətindən cıxarılmış ağaclardır ki, adı cəkilən əraziyə əkilib. Bu hərəkətlər vəzifə həddini aşaraq qanunlara zidd cıxmaq deyilmi, cənablar...?!

Ağdamda "DEMOQOQ” kimi tanınan Dadaş kişi hərbə zorba yolu ilə,yazacağını İcra başcısına bildirərək ,İmamqulubəyli kəndində qəbristanlığa yaxın meşə sahəsinə məxsus olan,ərazidən yeməkxana yeri almışdır.Buda məzarlığa yaxın olduğu ücün sakinlərin haqlı narazılığına səbəb olubdur.Görünür Raqub Məmmədov Cənab Prezidentin yerlərdə vəzifəli şəxslərin ,məmur özbaşınalıqları barədə cıxışlarını unudub və yaxudda qulaq ardına vurur.
Qarşı tərəfin movqeyini dərc etməyə hazırıq.

P.S. Adımı "müxalifətçi” qoymasalar fikirləşərdim ki, ya Ağdamda Azərbaycan Respublikasının yazılı qanunları işləmir, ya da ki, bu təşkilatlara rəhbərlik edənlər yerində deyil...


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...