PA-a deputatla bağlı şikayətİ Baş Prokurorluğa göndərdi - Professordan şok açıqlama

PA-a deputatla bağlı şikayətİ Baş Prokurorluğa göndərdi -


Professor, İqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun sabiq müşaviri Bədirxan Musayevin Azərbaycan preizdenti İlham Əliyevə və müxtəlif dövlət qurumlarının rəhbərlərinə bu yaxınlarda etdiyi müraciətə cavab gəlib. GUNDEMİNFO.AZ yazır ki, bu barədə Mia.az-a B.Musayevin özü məlumat verib.

Onun sözlərinə görə, YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyevin vaxtı ilə ona qarşı qanunsuz əməllərindən, universitetdəki korrupsiya və rüşvətxorluqla bağlı ölkə rəhbərliyən etdiyi şikayətə cavab verilib: "Bir neçə gün əvvəl müraciətimə Prezident Administrasiyasından cavab verildi. Cavab məktubunda yazılıb ki, müraciətim araşdırlması üçün Baş Prokurorluğa göndərilib. Ümid edirəm ki, Baş Prokurorluq bu dəfə vəzifəsinə sadiq qalaraq, müraciətimi araşdıracaq və Şəmsəddin Hacıyevi layiq olduğu şəkildə cəzalandıracaqlar".

Qeyd edək ki, Dövlət İqtisad Universiteti rektorunun sabiq müşaviri, kafedra müdiri, iqtisad elmləri doktoru, professor Bədirxan Musayev YAP-ın Səbail təşkilatına sədrlik edən sabiq rektor, deputat Ş.Hacıyevin onu əsassız, saxta əmrlər, şantajla vəzifələrimdən azad etdiyini bildirir.

PA-a deputatla bağlı şikayətİ Baş Prokurorluğa göndərdi -


Professor Musayev onu da bildirib ki, son 5 ildə Sizə və ətrafınızda pula susayan yüksək vəzifəli məmurlara Şəmsəddin Hacıyevin mənə qarşı əməlləri və yol verdiyi qanunsuzluqlar haqda 340-350 dəfə müraciət edib:

"Məmurların hər birinə 100 səhifədən çox Ş.Hacıyevin əməllərinin araşdırılması haqda inkar olunmaz sənədlər təqdim etmişəm. 4100 nəfərdən çox respublika ziyalıları tərəfindən Sizə 6 dəfə müraciət olunubdur. 150 dəfədən çox cari mətbuatda Ş.Hacıyevin barəsində tədbir görülməsinə çağırış edən faktoloji məqaləm çap olunub. Ancaq bu ötən 5 ildə mən nəinki Sizin, hətta orta ranqlı məmurların qəbuluna düşə bilmirəm. Belə idarəetmə sistemi olarmı?

Hörmətli Prezident! Ş.Hacıyev Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat qazanmışdır. Təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-i yayındırılıb....

Eyni zamanda, Dərbənd şəhərində universitet vəsaiti hesabına öz adına 0,5 hektar torpaq sahəsini sənədləşdirmiş və 3 dəfə universitetə satmışdır. Universitetdə qeyri-qanuni "İqtisadçı 2005”, "Turan 2009” şirkətləri yaratmış, universitetin kooperativ binasının böyük hissəsini özəlləşdirmiş, Quba rayonunun Nügədi kəndində olan istirahət bağını xarabazarlığa çevirmişdir”.

Priofessor daha sonra universitetin baş mühəndisi Şahmurad Qədim oğlu Hüseynovun ölüm faktını, keçmiş dekan Kamil Qafarovun oğlunun qaynını öldürmə səbəbi, Muhasibat fakültəsinin keçmiş dekanı Telman Babayevin başına açılan oyunlar, Şəmsəddin Hacıyevin "Ticarət” kafedrasının əməkdaşı M.Ağamalıyevin üzünə arvadını niyə durdurub, ailəsini dağıtmasını, şəxsən özünü kimin vasitəsiylə öldürülməyə təhrik edilməsini, canını və qanını H. Əliyev yolunda qurban verməyə hazır olan Həsən Allahverdiyevi YAP Universitet şöbəsindən min hiylə ilə azad edib, dissertasiyası və avtoreferatında H.Əliyevi təhqir edən Zəfər Bayramovu onun yerinə gətirməsini, Professor Abrik Hüseynovun ölümünü, Professor Akif Musayevin kafedra müdirliyindən azad edib, universitetdən qovdurmasının, Əlixan Əliyev kimi birinin arxasında niyə gizlənməsi kimi olduqca sensasion iddia və faktlar açıqlayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...