Ağcəbədi Əli və Aqil Əliyevlərin ailə məcarası İLGİNC

Ağcəbədi Əli və Aqil Əliyevlərin ailə məcarası


Ağcabədi rayonunda məmur özbaşınalığı haqda dəfələrlə yazı dərc etmişik. Bu dəfə redaksiyamıza daxil olan məlumat Ağcabədi Subartezian Quyularının Təmiri idarəsinin rəisi Əli ƏLiyev vəonun oğlu Ağcabədi şəhər nümayndəsi vəzifəsində çalışan Aqil Əliyev barədədir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumatlarda 2014 və 2015-ci illərdə bu ailənin üzvlərinin dövlət büdcəsinin talaması əks olunur. Bu proses isə ata və oğulun nəzarətində olan MMC -lər vasitəsilə həyata keçirilib.

Redaksiyamıza daxil olan məlumatda göstərilir ki, Ağcabədi şəhər nümayəndəlsi olan oğul Əliyev 2014 cu ildə abadlıq işi adı altında 61 min 200 manat “Monolit-Tikinti” MMC-yə, 715 min 220 manat yolların təmiri adı altında Fərid MMC-yə, 2015 ci ildə isə abadlıq işi adı altında “Tac-2014” MMC yə 481 min manat pul ayırıb. Ümumilikdə oğul Əliyev 2014 və 2015 ci illərdə Ağcabədi şəhərinin abadlığı üçün 2 milyon manatdan artıq pulu özünə yaxın MMC-lərin büdcəsinə köçürüb. Eyni yolla büdcə talanı ata Əliyev tərəfindən də həyata keçirilib.

Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Ağcabədi Subartezian Quyularının Təmiri idarəsinin rəisi Əli ƏLiyev 2014 cu ildə təmir adı altında avadanlıq alınması üçün ESR İNŞAAT MMC yə 12 min manat, Mexaniki təmir servis quraşdırma müəssəsi MMC yə təmir adı altında 17992 manat, Mexaniki təmir servis quraşdırma müəssəsi MMC yə təmir adı altında 6688 manat MExaniki təmir servis quraşdırma müəssəsi MMC yə cari təmiravadanlıqının alınması adı altında 40654 manat, ümumilkde 2015 ci ildə 127222 manat pul ayrılıb.

Beləliklə ata-oğul ittifaqı ümumilikdə 2183642 manat pulu mənimsənildiyi ortaya cixir ki, bu pulun demək olarki hec 500 000 manat da xərclənmiyib. Qalan 1 milyon 700 min manata yaxi pul rayon icra bascisi Şahin Məmmədovun sağ əli və ortağı kimi rayonda ad çıxarmış Əliyevlər ailəsi tərəfindən mənimsənilib. Onu da qeyd edim ki, Aqil və Əli Əliyevlər rayonda icra başçının ən inanılmış adamlarından sayılır, hətta ata Əliyev rayonda vəzifəyə təyin etmə və cixartma islərini də həyata kecirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...