Rusiya cəbhədə hərbiçilər yerləşdirmək istəyir, İran qarşı çıxır

Rusiya cəbhədə hərbiçilər yerləşdirmək istəyir, İran qarşı çıxır


“Rəsmi Moskva İranla sərhəddə, təmas xəttində Rusiya sülhməramlılarının yerləşdirilməsi məsələsində İranın müsbət cavab verməsi üçün əlindən gələni edir. İran isə buna qarşıdır”

“Report”un xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti ölkənin Xarici işlər Nazirliyindəki mənbəyə istinadən yazıb.

Mənbə bildirib ki, İran heç vaxt buna razılıq verməyəcək: “Rusiyanın fikrincə, bu məsələdə ATƏT özünün monitorinq qrupu missiyasının genişləndirilməsinə, təmas xəttində NATO-ya yaxın kontingentin yerləşdirilməsinə cəhd göstərəcək. Ona görə də bu oyunda Rusiya ümid edir ki, İran daimi dostu Rusiyanı seçərək düzgün addım atacaq. Ancaq bu məsələdə Rusiya prezidenti Vladimir Putinin İranlı həmkarı Həsən Ruhanini razı salması çətin görünür.”

Qəzet yazır ki, avqustun 8 -də İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşü nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...