O anda Ərdoğandan Yıldırıma: “Təcili evdən çıx”

O anda Ərdoğandan Yıldırıma:


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çevriliş vaxtı gördüyü tədbirlər barədə məlumatlar yayılmaqda davam edir. Axar.az xəbər verir ki, Ərdoğan İstanbulun Atatürk Hava Limanına endikdən sonra üsyançılara qarşı həyata keçirilən mübarizəni şəxsən idarə edib.

Yaxın qorumaları ilə helikopterdəki üsyançılar arasında yaranan qarşıdurmanı izləyən prezident onları soyuqqanlı olmağa çağırıb. Bütün təzyiqlərə baxmayaraq, olduğu yeri tərk etməyən Ərdoğan hava hücumlarının qarşısını almaq üçün Bandırma hava bazasından F-16-ların İstanbula göndərilməsini əmr edib.

Daha sonra o, Baş nazir Binəli Yıldırıma zəng edərək “Təcili evdən çıx. Oranı dərhal tərk elə”, - xəbərdarlığı edib.

“Milliyyət”in AKP qaynaqlarından əldə etdiyi məlumata görə, Ankaranı bombardman edən helikopterlərin Akınçı bazasından idarə olunduğu aydınlaşandan sonra Ərdoğan bazanın bombardman edilməsi barədə göstəriş verib. O, bu məqsədlə 1-ci Ordu komandanı, ordu generalı Ümid Dündara, “Bu iş sənə əmanət. Yazını yazdırdım”, - deyərək, Baş Qərargah rəisi vəzifəsinin müvəqqəti icrasını ona həvalə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
317 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...