Ramin Quluzadə separatçının oğluna vəzifə verib? - İDDİA

Ramin Quluzadə separatçının oğluna vəzifə verib? -


Redaksiyamıza nazir Ramin Quluzadənin kadr siyasəti - konkret olaraq Lənkəranda həyata keçirdiyi kadr siyasəti tənqid olunur. Dia.az olaraq həmin materialı olduğu kimi təqdim edirik:

"...Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə kadr dəyişiklikərinə başladı. Nazirin əmri ilə Lənkəran Rayon Telekommunikasiya Qovşağına ötən ilin sentyabrından rəhbərlik edən Gülağa Şıxəliyev vəzifəsindən azad olunub. Onun yerinə isə Şahlar Vəlişah oğlu İsmayılov təyinat alıb. Qeyd edək ki, Ş.İsmayılovun 42 yaşı var. 1992-ci ildən Lənkəran Rayon Telekommunikasiya Qovşağında çalışır.Qovşağın yeni rəisi qondarma Talış Muğan- Muxtar Respublikasının Telekommunikasiya Qovşagının rəisi olmuş Vəlişah Əliyevin oğludur: «Şahlar İsmayılovun soyadı qəsdən dəyişdirilib. Qondarma Talış Muğan Muxtar Respublikasının təbliğatçısı Əlikram Hümbətovun və Hilal Məmmədovun sağ əli olan Vəlişah Əliyev «Tolışi Sədo» qəzetində daim talış dilində siyasi məqalələr və şeirlər yazaraq talış-türk arasında çaşqınlıq yaratmışdır. 1993-cü ildə elan olunmuş Talış Muğan Muxtar Respublikasının Xalq Məclisinin toplantısındakı video-materialı Talış Muğan Respublikası kimi ictimaiyyətə təqdim etdilər. Qeyd edək ki, Vəlişah Əliyev Əlikram Hümbətovun dövründə qondarma «TMR»in «Telekommunikasiya Qovşağı»nın «rəisi olub. Onun digər iki oğlu, Ramin və Hikmət isə hazırda Şağlaser və Vilvan kəndlərinin ATS-lərinə rəhbərlik edirlər. Şahlar Vəlişah oğlu İsmayılovun qardaşı Haci Rufət 12 il İran İslam Respublikasına xidmət edib . Atası Vəlişah Əliyev uzunmüddət «Tolışi Sədo» qəzetində müxtəlif siyasi mövzularda yazmaqla yanaşı, həm də xalqlar arasında düşmənçilik salacaq iddialarla çıxış edib. Onun şair olduğu, mütəmadi olaraq məclislər təşkil etdiyi də vurğulanır. İşin ən pis tərəfi odur ki, Vəlişah Əliyevin Ermənistanda fəaliyyət göstərən və erməni hiyləsi ilə yaradılmış «Tolışistan» telekanalının əsas qurucularından olan, erməni və talış xalqını «qardaş» elan etmiş, məşhur separatçı Fərman Abbaszadə ilə çox yaxşı münasibətlərinin olduğu deyilir. Qeyd edək ki, belə bir təyinat kifayət qədər təhlükəlidir. Çünki separatçılara strateji əhəmiyyətli postların verilməsi yekunda dövlətə və dövlətçiliyə ciddi zərər gətirə bilər.

Lənkəran Rayon Telekommunikasiya Qovşağına Lənkəran Beynəlxalq Aeroportun müdiri Anar Axundov rəhbərlik edir.Qovşagın rəisi Şahlar Vəlişah oğlu İsmayılov hər gunun sonunda gundəlik gəlirini Anarə verir.Son üc ayda 12 nəfər işdən cıxardan Şahlar təzə işcilərin hər birindən 3.000-4.000 min manat rüşvət alaraq işə təyin etmişdir.Vaqif dən guclə ərizə alaraq yerinə təzə işci təyin edən Şahlar hec kimin ailə başcisi olundugunu duşunmur. Lənkəran Rayon Telekommunikasiya Qovşağının rəisi bu yaxınlarda 33.000 manat silməyə nail olub.Belə ki, İşcisi N.Axundovun kartına kulli miqdarda pul yukləyən Şahlar dövlətin pulunu bu cur mənimsəyir.

Lənkəran Rayon Telekommunikasiya Qovşağının rəisinin rayonun Gəgiran və Siyavar kəndinə telfon xətlərinin təmiri ucun ayrılmış 25.000 min manatin necə yeyildiyi muammalıdır.Bu kəndələrdə telfon xətləri agır vəziyyətdədir. Bu onun ucundur ki, Lənkəran Rayon Telekommunikasiya Qovşağının rəisi Şahlar Vəlişah oğlu İsmayılov Lənkəran Beynəlxalq Aeroportun müdiri Anar Axundov haqq verir-dövlətin ayırdıgı pulları-ruşvət.? Vəlişah Əliyevin oğlu Şahlar İsmayılov bu yüksək vəzifəyə hansı əsaslarla təyin olunub? Vəlişah Əliyev bu işdə rəhbər şəxsləri necə aldadıb? O separatçı olmaqla vətənə, dogma el-obasına xəyanət edib. Belə adamın oğlu rabitə sahəsində, dövlət qulluğunda işləyə bilməz».
Akif Tapdıq-Lənkəran Şəhəri"

DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...