Mirdamət Sadıqovun 50 qəpiklik biznesi - FOTOLAR

Mirdamət Sadıqovun 50 qəpiklik biznesi -


İsmayıllı rayon Zərnava kənd körpüsü rayon rəhbərliyinin “qazanc” obyektinə çevrilib

Heç bir turizm obyektinə aid olmayan “Zərnava kənd Asma Piyada körpü”sü rayonun biznes mərkəzinə çevrilib.

Körpüyə nəzarət üçün Zərnava kənd Bələdyyəsi tərəfindən təyin edilən bələdiyyə “əməkdaşı” bir nəfərin körpüdən bir dəfə istifadə etdiyi üçün 50 qəpik ödəniş etməsini tələb edib. Diqqətinizə çatdırırıq ki, nəzarətçi o məqsədlə təyin edilib ki, eyni zamanda körpüdən iki nəfərdən artıq adam istifadə etməsin, yəni təhlükəsizlik məqsədilə.

Xeberbiz.az-ın əməkdaşı Bəxtiyar Türksoy Zərnava kənd Bələdiyyə “əməkdaş”ından ödəniş etdiyi üçün çek tələb etməsi bələdiyyə “əməkdaş”ın əsəbləşdirib. Beləki bələdiyyə “əməkdaş”ı bildirib ki, mənə İsmayıllı Rayon rəhbərliyi və Zərnava kənd Bələdiyyəsi çek vermədən “haq-hesab” etməyə icazə verib.

Bu olanlar onu göstərir ki, rayonda özbaşınalıq hökm sürür və rekert qanunları ilə idarə olunur. Rekert qaydaları ilə qurulan “körpü biznesi” rayona gedən turistləri İsmayıllı rayonundan narazı dönməsinə səbəb yaradır.

Lahıc qəsəbəsinin Azərbaycanın turizm sahələrindən biri olmasını nəzərə alsaq Lahic qəsəbəsinin yolunun üstə olan “ Zərnava kənd Piyada Asma körpü”sündən orta hesabla gün ərzində 300- insan keçirsə, bu körpü bir gün ərzində 150 manat gəlir gətirmiş olur.

Mirdamət Sadıqovun 50 qəpik biznesi ay ərzində ona 4500 manat gəlir gətirir. Bu odeməkdir ki, turistlərin rayona axın etdiyi yay fəsilində, bir sezonda İsmayıllı rayon büdcəsindən rəhbərlik tərəfindən 13,500 manat mənimsənilir.

Qarşı tərəfin mözqeyin dərc etməyə hazırıq.
Mirdamət Sadıqovun 50 qəpiklik biznesi -
Mirdamət Sadıqovun 50 qəpiklik biznesi -

Sözügedən videonu təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...