Nizami RİH başçısının oğlu öz “İnstagram” hesabını niyə dondurdu? - FOTOLAR

Məhz Legion.az-ın yazısından sonra Nadir Arif oğlu Qasımovun belə addım atması xeyli suallar doğurur. Avqustun 31-də Legion.az saytında “Nizami rayon icra başçısının oğlu hərbi xidmətini harda çəkir?” başlıqlı yazı dərc olunmuşdu.
Sosial şəbəkələrdə də geniş müzakirə olunan və paylaşılan həmin yazıda deyilirdi: “Legion.az saytının redaksiyasına maraqlı bir xəbər daxil olub. Nizami rayon icra başçısı Arif Qasımovun olan oğlu Nadir Qasımovun DTX-də xidmət keçdiyini öyrənmişik. Ancaq redaksiyamıza daxil olan məlumata görə, onu tez-tez “Baku Aquatics Centre” də məşq edərkən görürlər. Olsun , idman sağlamlıq deməkdir. Lakin Nadir Qasımovun DTX-də əsgərlik çəkdiyi halda, onun tez-tez “Baku Aquatics Centre”də görünməsi suallar doğurur.
Bizə də bu xəbər maraqlı gəldiyi üçün balaca araşdırma apardıq. N.Qasımovun çevrəsindən əldə etdiyimiz məlumata görə, onun atası Nizami rayonuna icra hakimiyyətinin başçısı təyin olunandan sonra, “Ay İşığı” restorannın yanında 2 hektara yaxın boş torpaq ərazidə özü üçün yeni “Baku Aquatics Centre” yaratmaq fikirindədir. Apardığımız digər araşdırmalar nəticəsində Nadir Qasımovun “İnstagram” səhifəsinə daxil olduq və orda onun paylaşdığı maraqlı fotolara rast gəldik. Fotolara baxanlarda bu şəxs barədə elə təsəvvür yaranır ki, o əsgər yox,artıq hazır icra başçısıdır”.
Maraqlıdır ki, bu məqalənin sosial şəbəkələrdə yayılmasından bir neçə saat sonra, Nadir Qasımovun “İnstagram” profilinin “dondurulduğunu” öyrəndik. Əlbəttə, hər kəs öz sosial şəbəkə hesabını istədiyi zaman aça və ya bağlaya bilər, amma məhz Legion.az-ın yazısından sonra Nadir Arif oğlu Qasımovun belə addım atması xeyli suallar doğurur.
Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında deyib ki, məmurlar xalqın xidmətçiləridir, onlar və övladları da özlərini bu xalqa layiq şəkildə aparmalı, lovğalıq etməməlidir. Əlbəttə, bu sözlərdən sonra bir sıra məmurlar öz övladlarının davranışlarına diqqətli olmağa çalışdı. Lakin bəziləri bu “diqqət”i başqa cür göstərdi: Övladlarının həyat tərzini sadəcə cəmiyyətdən və mətbuatdan “gizlətməklə”, öz işlərini bitmiş hesab etdilər.
466 dəfə oxundu