İsmayıllıda yoxlamalar, referendumdan sonra icra başçısı dəyişə bilər

İsmayıllıda yoxlamalar,


Gundeminfo.az-a daxil olan informasiyaya əsasən yaxın günlərdə Hesablama Palatasının yoxlama nümayəndə heyyəti İsmayıllı rayonunda təftişlərə başlayacaq. Məlumata əsasən ilin yekunu ilə bağlı olaraq büdcə xərclərinin istifadəsinə dair ilkin audit tədbirləri demək olar ki, bu rayondan start götürəcək. Xəbərlərdə deyilir ki, hazırda Mirdamət Sadıqov bütün idarə rəhbərlərinin toplayaraq yoxlamaların başlayacağı barədə xəbərdar edib.

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Azərbaycanda dövlət başçısının iradəsi ilə turizmin inkişafı istiqamətində atılan konkret addımlara ramən İsmayıllıda turizm sektorunda çalışan sahibkarlara icra başçısı tərəfindən hər hansı bir dəstək göstərilmir. Məhz bu məsələ ilə bağlı olaraq olaraq da müvafiq qurumlar tərəfindən narazılıqların rəsmi formada hazırlanaraq raport şəkilində hazırlandığı söylənilir. Qeyd edək ki, cari ilin avqust ayının 10-da dövlət başçısı İsmayıllı rayonunda rəsmi səfərdə olub. Bir sıra investitsiya proqramlarının icrası ilə bağlı vəziyyətlə yerindəcə tanış olub.

Məlumatlı mənbə iddia edir ki, böyük ehtimalla böyük turizm potensialı olan İsmayıllı rayonunda referendumdan dərhal sonra dəyişikliklər baş verəcək. Və rayona yeni kadrın təyinatının olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
268 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...