Kimlər işlərini itirəcəklər? - Hacuqabul və Bərdədə «çemodan» əhval-ruhiyyəsi

Kimlər işlərini itirəcəklər?  -

Azərbaycan yeni bir sosial-iqtisadi mərhələyə qədər qoyub. Məhz neftdən asılılıq dövrünün başa çatması mərhələsində ölkənin kənd rayonlarında artıq bir sıra aqrar islahatlar həyata keçirilir və demək olar ki, cari ilin tədarük yekunlarına görə, sonucların müsbət olacağı, ötən ilin yeni dövrü ilə müqayisədə daha müsbət uğurların əldə ediləcəyi gözlənilir.

Xüsusilə də dövlət başçısının şəxsi təşəbbüsləri və diqqəti nəticəsində ölkədə strateji kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi üçün mühim addımlar atılır. Məhz bununla bağlı olaraq aldığımız informasiyalardan da bəlli olur ki, bir sıra rayonlarda artıq strateji kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi ilə bağlı olaraq mühim işlər görülüb. Yerli icra strukturları tərəfindən bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara yerli məmurlar və rəhbərlik tərəfindən mühim dəstək göstərilir.

Lakin aldığımız informasiyaların incələnməsi nəticəsində bəlli olub ki, Hacıqabul və Bərdə rayonlarında strateji kənd təsərrüfatı məhsullarının əkini ilə bağlı tədarük dövründə mühim sonucların əldə ediləcəyi gözlənilən deyil. Xüssusilə də son zamanlar adları çəkilən bu iki rayonda aqrar sektorda salışan sahibkarların texniki su ilə təchizatında, texnika ilə təminatında da problemlər yaşanmaqdadır. Aldığımız qeyri-rəsmi informasiyalara əsasən bu il ötən ilin eyni dövrü ilə müqayisədə Bərdə və Hacıqabul rayonlarında pambıq və taxıl tədarükü ilə bağlı olaraq sonuclar kifayət qədər acınacaqlıdır.

Gundeminfo.az-a informasiya verən mənbə bildirir ki, bir neçə rayonun, xüsusilə də Bərdə və Hacuqabul rayonlarının icra hakimiyyətləri ilə bağlı olaraq referendumdan7 dərhal sonra qərar veriləcək. Bu həm də aqrar sektorla bağlı cari ildə qarşıya qoyulmuş tədarük nəticələrinin sonuclarından da asılı olacaq.

Daha dəqiq ifadə etsək tədarük dövrünün hesabatları və referendumdan sonrakı yeni siyasi yönətim qaydaları məhz bu iki icra hakimiyyətində rəhbər dəyişikliyini sürətləndirə bilər. Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...