Alı Alıyevin hesabatı və cavabsız qalan suallar … rayonda hansı işləri kimlər görüb?

Alı Alıyevin hesabatı və cavabsız qalan suallar …


Füzuli rayonu Azərbaycanın işğal altında olan, ermənilər tərəfindən işğal edilmiş mühim strateji rayonlarından biridir. İndi bu rayonun böyük bir ərazisi, hətta rayon mərkəzi belə düşmənlərin işğalı altındadır. Lakin Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə dönüşündən sonra rayon ərazisinin bir hissəsi düşmən tapdağından azad edilib. Rayonun mühim yaşayış məntəqələri, kəndlərinin və qəsəbələrinin, macistral yollarının bir hissəsi inzibati icra strukturu olan Füzuli İcra Hakimiyyətinə verilib. Bu ötən illər ərzində rayonda bir sıra abadlıq işləri görülüb. Ədalət naminə etiraf edək ki, rayon ərazisində aparılan abadlıq işləri, xüsusilə də kənd təsərrüfatı ilə bağlı işlər icra edilib. Lakin Gundeminfo.az-a daxil olan narahatlıq dolu sahibkar və fermer müraciətlərindən, xüsusilə də bir qədər əvvəl rayon ərazisində baş vermiş məlum etiraz aksiyaları və sahibkarların həbsi, eyni zamanda birbaşa olaraq icra başçısı Alı Alıyevin təqdimat və təyinatı ilə vəzifədə oturan adamın saxlanılması diqqəti çəkir.

Əslində cəbhə bölgəsində yerləşən bu rayonda baş verənlərlə bağlı hər zaman həssaslıqla yanaşmış, daxil olan şikayətlərin haqlılıq dərəcəsinə diqqət ayıraraq onların mühim olmayanlarını saytın elektron ünvanında zibil qutusuna tullamışıq. Lakin rayon üçün mühim olan həbs də «torpağı qorumaqla yanaşı, onu əkib-becərmək» məsəli də prinsip etibarilə diqqətimizi çəkib. Yəni burada taxılçılıq sektorunun inkişafı ilə bağlı olaraq icra başçısının ortaya qoyduğu iradənin şahidi ola bilməmişik. Ortada olan statistik rəqəmlərə diqqət edəndə görürük ki, icra başçısının cari ilin aprel ayında Horadiz Şəhərində Heydər Əliyev Mərkəzində keçirdiyi İcra Hakimiyyətinin yanında Şuranın toplantısında hesabat yığıncağı keçirib. Lakin icra başçısı Alı Alıyevin bu hesabat yığıncağında səsləndirdiyi fikirləri zamanı, xüsusilə ilə birbaşa olaraq icra hakimiyyətinə aid olub-olmaması məsələsi diqqətimizi çəkdi.

Gundeminfo.az xatırladır ki, cəmi bir neçə cümlədən ibarət olan aqrar hesabatında icra başçısı Kənd Təsərrüfatı Nazirliyinin, Azəryolservis ASC-nin gördüy işlərin də hesabatını verib. İcra başçısının aprel hesabatında verdiyi məlumata əsasən rayon ərazisində 1000 hektardan çox ərazidə pabmıq əkininə başlanılıb. Yəni ən aşağı tədarük göstərici üzrə hektar üzrə sentnerdən nə qədər məhsulun yığılacağına dair hesabatları qısa zamanda sizlərə təqdim edəcəyik. Güman edirik ki, Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı və Füzuli Rayon İcra Hakimiyyətinin pambıqçılıql bağlı hesabatları üst-üstə düşər…

Füzulidə aqrar sektorun inkişafı ilə bağlı olaraq müvafiq qurumların rəsmi məlumatlarını dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
345 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...