Sumqayıt bulvarında işləyənlərin pulunu kim kəsib? şikayət var

Sumqayıt bulvarında işləyənlərin pulunu kim kəsib?


Bu gün sosial şəbəkələrdə yayılan məlumata əsasən Sumqayıt Şəhər İcra Hakimiyyətinin sifarişi ilə inşa edilmiş Dənizkənarı Bulvarda işləyən fəhlələrin əmək haqları verilməyib. Gundeminfo.az xəbər verir ki, bulvarda üzlük daşların vurulmasını həyata keçirən fəhlələrin əmək haqları 4 aya yaxındır ki, verilmir.

Şikayət edən fəhlələr bildirir ki, onlar iş icraçıları ilə İcra Hakimiyyətinin rəsmiləri arasında get-gələ salınaraq aldadılır. Yayılan xəbərlərdə deyilir ki, bulvar istiqamətinə açılan Sumqayıtın 6-cı mikrarayon ərazisindəki binaların fasad örtükləri ilə üzlənməsi işi də yarımçıq qalıb. Bildirilir ki, binaların fasad örtüyü işinin yarımçıq qalmasına səbəb fəhlələrin əmək haqlarını ala bilməməsi səbəb olub.

Bu gün qeyri-iş günü olduğundan Sumqayıt Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Onu da bildirək ki, yaxın günlərdə dövlət başçısının Sumqayıta səfər edəcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...