“Təfəkkür” Universiteti 42 tələbəni qovdu – Təhsil Nazirliyindən cavab almaq olmur

“Təfəkkür” Universiteti 42 tələbəni qovdu –


“Təfəkkür” Universitetində oxuyan bir qrup tələbənin valideynindən redaksiyamıza şikayət məktubu daxil olub. Avropa.info xəbər verir ki, universitet rəhbərliyi 42 tələbəni kəsir pullarını ödəyə bilmədikləri üçün universitetdən xaric edib.

Təfəkkür universitetinin rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də rektor Müşfiq Atakişiyev bizim zənglərimizə cavab vermədi. Məsələyə aydınlıq gətirmək üçün universitetə yollanan əməkdaşımız isə rektorun maşını orada olmasına baxmayaraq “rektor burada yoxdur” cavabı alaraq geri qayıdıb.

Qeyd edək ki, qanunda tələbənin nə təhsil haqqını, nə də kəsir pulunu ödəyə bilmədiyi üçün universitetdən xaric olunması nəzərdə tutulmur.

Mövzu ilə bağlı Avropa.info Təhsil Nazirliyinin münasibətini öyrənmək istəyib. Nazirliyin elektron poçtuna sentyabrın 22-dən ünvanlandığımız sorğu bu günədək cavabsız qalıb. Mövzunu diqqətdə saxlayacağıq.

Bu gün mövzu ilə bağlı redaksiyamız adıçəkilən təhsil ocağından açıqlama göndərilib. Açıqlama deyilir: "Sizin saytınızda “Təfəkkür” Universitetində 42 nəfər tələbənin Universitetdən xaric olması barədə məlumat verilmişdir. Nəzərinizə çatdırırıq ki, 2015/2016-cı tədris ilinin sonunda müvafiq əsasnaməyə uyğun olaraq qeydiyyatdan keçməyən 26 nəfər tələbə (bir neçə dəfə xəbərdarlıq edildiyinə baxmayaraq) yalnız təhsil haqqını ödəmədiyinə görə universitetdən xaric olunmuşlar. Akademik borcu olan tələbələrəgəldikdə isəəsasnaməyə uyğun olaraq onlardan heç biri universitetdən xaric olunmayıb". Qeyd edək ki, açıqlama özünü "Təfəkkür" Universitetinin Tədris Metodiki İdarənin rəisi kimi təqdim edən İ.Musayev tərəfindən saytımızın elektron ünvanına daxil olub.

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən universitetdən xaric olunmuş tələbələr, əgər təhsil haqqını ödəyərək qeydiyyata düşərlərsə onlar bir semestr keçdikdən sonra universitetə bərpa oluna bilərlər.

Yuxarıda qeyd olunanları xəbərlər saytınızda nəzərə almağınızı xahiş edirik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...