«Azərsun» yerli istehsalçıları şokalad kimi necə əridir - BİZİM ARAŞDIRMA

Gundeminfo.az-ın redaksiyasına daxil olan məlumata əsasən Azərbaycanın daxilində şokalad istehsalçıları Azərsun Holdinqdən şokalad almağa məcbur edilirlər. Ölkə daxilində fəaliyyət göstərən bir sıra şokalad və şirniyyat zavodları və kiçik sexlərə belə xammal olaraq Azərsun-dan mal almaq tələbi qoyulub. Artıq «Koroğlu» və Abşeron Şirniyyat kimi iri istehsalçılar bu zavodun xammalını alı rvə xaricdən şokalad idxalını dayandırıblar. İlk baxışdan bu mənzərə yazını oxuyanlarda müsbət fikir yarada bilər. Lakin bu mövzu ilə bağlı araşdırmalar aparan zaman bəlli olur ki, əslində keyfiyyət və həm də qiymət baxımından heç də yaxşı olmayan bu holdinqin xammalını almaq yerli istehsalçılara sərf etmir.
Saytımıza danışan şokalad istehsalçılarından biri deyir ki, onlar həm xaricdən şokalad xammalı, həm də daxildən xammal almaq məcburiyyətində qalırlar. «Xaricdən idxal zamanı bir sıra rüsumlar ödəyirik. Hətta Braziliyadan belə şokalad üçün xammalı Bakıya qədər gətirib çıxaranda belə o qədər də baha olmur. Yəni ölkə daxilində yerli istehsalçılara təqdim etdikdə qiymətlər kifayət qədər uyğun olur. Eyni zamanda çalışırıq ki, məhsullarımıza donuz piyi əlavə etməyək, bu istehlakçıların daha keyfiyyətli məhsul alması məqsədilə edilir. Normalda şokalad insan bədənində olan 36 dərəcə hərarətlə əldə tutulduğu zaman əriməlidir. İndi Bakının və ölkənin marketlərində satılan şokaladlar 100 dərəcə istilikdə belə ərimir. Bunun da səbəbi odur ki, şokalad xammalının tərkibi kifayət qədər aşağıdır» deyə həmsöhbətimiz bildirdi.

Hətta Gundeminfo.az-a daxil olan informasiyada bildirilir ki, xammal almayan, xaricdən xammal idxal edən bir sıra şirkətlər almadıqları mala görə də pul ödəmək məcburiyyətində qalırlar.
Lakin Ulduz Şokalad Fabrikindən bildirdilər ki, Ulduz şokolad fabriki istehsal etdiyi şokolad və qənnadı məhsullarının xammalın böyük bir qismini Belçika, Şrilanka, Almaniya, Rusiya, Ukrayna, Türkiyə, Argentina və digər ölkələrdən, bir qismini isə yerli şirkətlərdən, o cümlədən Azərsun Holdinqdən alır» deyə fabrikdən bizə bildirdilər.
Onu da qeyd edək ki, Azərsun-dan mövzu ilə bağlı heç bir məlumat almaq mümkün olmayıb.

Araşdırmalarımız davam edir. Əgər «kommersiya sirləri» olmasa ölkə daxilində istehsal edilən şokalad xammalı, idxal edilən şokalad xammalı və istehlak edilən şokaladla bağlı statistik araşdırmalarımızı da yekunlaşdıraraq təqdim edəcəyik.
Bütün tərəflərin mövqelərinə yazıya əlavə etməyə hazırıq.
1433 dəfə oxundu