Rektordan Prezidentə Şikayət.. - Akif Süleymanov hər şeydən pul qazanır

- Akif Süleymanov 2014 cü ilin mart ayında Azərbaycan Texnologiya Universitetinə rektor təyin olunub. 2015 ci ildə Maliyyə nazirliyinin Texnologiya Universitetində aşkarladığı, saxta sənədlərlə mənimsənilən bir milyona yaxın pulun, 500 min manatını (sabiq baş mühasib) Amil Mirzəyev maliyyə büdcəsinə qaytarsada, yerdə qalan 500 min manat dövlət büdcəsinə ödənilmədi - GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri sosial şəbəkədə Sənan Əfəndiyev adlı şəxs yazıb. Sənan Əfəndiyev yazır ki, exnologiya Universitetinin rektoru Akif Süleymanov Universitetin giriş qapısına terminal qurlaşdırılması və qurulan terminalın "kart" sistemi, ilə işləməsi, kartların tələbələrə 5 manata, müəllimlərə 10 manata verilməsini, Universitetin işcisi İmdad adlı şəxsə tapşırıb. Texnologiya Universitetinin 2500 tələbəsi, 500 işcisi olduğundan, ümumi 2500 tələbədən 12500 manat, 500 müəllimdən 5000 manat, pul yığılıb.
- Diqqətinizə çatdırım ki, Texnologiya Universiteti tələbələrin ödənişindən maliyyələşsədə, universitetdə görülən işlər, və alınan avadanlıqlar həmin tələbələrin ödənişdən tutulmalıdır, yəni kartların tələbələrə və müəllimlərə, həmin tələbə ödənişindən universitetin büdcəsindən pul ayırılaraq alınmalıdır. Azərbaycan Texnologiya Universitetinin texniki işciləri digər universitetin texniki işcilərindən, aldıqları maaş 50 manata yaxın fərqlənir, Gəncə Dövlət Universitetində, və Gəncə AQRAR Universitetində 200 manata yaxın texniki işcilər maaş aldıqları halda, Texnologiya Universitetində texniki işcilərin maaşı 130-150 manat arasında fərqlənir. Akif Süleymanov 130-150 manat pul alan texniki işcidən və müəllimdən 10 manat yığması, rüşvətin hansı həddə oduğu açıq görünür.
Akif Süleymanov Texnologiya Universitetinin "DƏFTƏRXANA" şöbəsinə tapşırıb ki, Universitetin işciləri dəftərxanaya yardım ərizəsi gətirəndə, ərizədən imtina edin, gətirən işciyə bildirin ki, Texnologiya Universiteti "NƏZİR" verilən yer deyil, Akif Süleymanovun özünə məxsus cavabı təsdiqini tapır, Universitet həqiqətəndə "NƏZİR" verilən yer deyil, rüşvət alınan yerdir.
Akif Süleymanov!?...
Siz bilin ki, Universitetin Həmkarlar ittifaqının sədri, ailə vəziyyəti ağır olan işcilərə hər ay, digər işcilərə 6 aydan bir, öz həmkarlar ittifaqından maddi yardım verilməsi, Universitetin rektoru yəni sizin, ailə vəziyyəti cətin olan şəxslərə 3 ay dan bir, digər işcilərə isə ildə iki dəfə, ən azından yardım verməniz məcburidir, cünki universitet tələbə ödənişindən maliyyələşir, və Universitetin Həmkarlar İttifaqına hər ay müəllimlərdən və texniki işcilərdən 2% pul tutulur.
Universitetin həmkarlar ittifaqına 2% tutulan pullar, müəllimlərin, və texniki işcilərin maaşlarından tutulan pullarıdır, Universitet rektorunun və həmkarlar ittifaqının sədrinin haqqı yoxdur ki, müəllimlərə və texniki işcilərə yardım verməsin.
Texnologiya Universitetin maliyyə büdcəsini, istədiyi kimi, istifadə etməyə Universitetin rektorunun haqqı yoxdur...
Prezident İlham Əliyev cənabları Akif Süleymanovla bağlı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyevə, və Təhsil Naziri Mikayıl Cabbarova, rekrtorun çirkin əmələrindən şikayət olunsada, təəssüflər olsun ki, heç bir nəticə olmayıb. Cənab Preziden İlham Əliyev Azərbaycan Texnologiya Universitetinin Rektoru Akif Süleymanov haqqında ciddi tədbir görülməsini sizdən xahiş edirik. Texnologiya Universitetinin, Müəllim və tələbə kollektivinin müraciəti...
656 dəfə oxundu