Xətai RİH sakinin ev tikməsinə niyə mane olur? - FOTOLAR-VİDEO

Xətai RİH sakinin ev tikməsinə niyə mane olur?  -


Bəhram Cabbarov: “Mənim torpaq sahəmi zəbt edərək, qoyduğum özülü dağıdıblar” Tağı Hüseynov: “Vətəndaş sərəncam olmadan da ev tikə bilər” Oktyabrın 22-də Qafqaznews.az-da “Xətai rayonunda yaşıl sahələr niyə məhv edilir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Xətai rayonu ərazisində yaşıllıqların məhv olunmasında və Əhmədli qəsəbəsi ərazisində saysız-hesabsız “budka”lardan söz açılırdı. Lakin Xətai rayonunda problem ancaq yaşıllıqlarla bağlı deyilmiş.

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Xətai rayon sakini Bəhram Cabbarov bildirib ki, Xətai Bələdiyyəsi tərəfindən ona ayrılmış İ.İsmayılov 44 ünvanındakı torpaq sahəsində tikinti aparılmasına Xətai RİH tərəfindən əngəl törədilir. Onun sözlərinə görə, torpaq sahəsində atılan özül də RİH içiləri tərəfindən sökülüb və torpaq sahəsi hazırda zəbt olunmuş vəziyyətdədir.

“Mən neçə ildir bu torpağa görə vergi verirəm. Torpaq sahəsində yaşayış evi tikmək istəyirəm, RİH-ə müraciət etsəm də, mənə heç cür imkan yaradılmır”, – deyə B.Cabbarov qeyd edib. B.Cabbarovun təqdim etdiyi qiymətləndirmə cədvəlinə görə, Xətai RİH tərəfindən zəbt olunmuş torpaq sahəsi 15200 manat dəyərində qiymətləndirilib. Xətai Bələdiyyəsinin Natiq adlı vergilər şöbəsinin müdiri (soyadını bildirməyib – red) Qafqaz Xəbər Agentliyinin kavkazews.az saytına bildirdi ki, bələdiyyənin ayırdığı torpaq yalnız dövlət ehtiyaclarına görə alına bilər: “Ancaq o zaman vətəndaşa kompensasiya olaraq başqa torpaq sahəsi təklif olunmalıdır”. Xətai rayonu 44 saylı MİS-in rəisi Aftandil Əliyevin fikrincə, “çox güman ki, İ.İsmayılov 44 ünvanındakı torpaq sahəsində tikilməsi planlaşdırılan yaşayış evinin layihəsi RİH tərəfindən təsdiq olunmayıb”. “Evin layihəsi Xətai rayonunun baş memarı tərəfindən təsdiq olunmalı idi”, – deyə A.Əliyev qeyd edib.

Qafqaz Xəbər Agentliyi Xətai rayonunun baş memarı Vadim Surxayevlə də danışmağa çalışsa da, V.Surxayev suallarımıza cavab verməkdən imtina etdi. Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bir çox hallarda RİH-lər bələdiyyə sərəncamlarını ciddiyə almır.

“Bu gün bələdiyyələrin səlahiyyətləri RİH-lərlə müqayisədə çox məhduddur”, – deyə N.Cəfəroğlu vurğuladı. Hüquqşünas Tağı Hüseynovun fikrincə, Xətai RİH vətəndaşa tikinti üçün sərəncam verməkdən boyun qaçırırsa bu davranış hüquqi cəhətdən əsaslandırılmalıdır. “Əgər 15 gün içində vətəndaşın müraciəti cavablanmırsa, o zaman həmin torpaq sahəsində 2,5 metr hündürlüyündə yaşayış evi tikilə bilər”, – deyə T.Hüseynov əlavə edib.




Xətai RİH sakinin ev tikməsinə niyə mane olur?  -
Xətai RİH sakinin ev tikməsinə niyə mane olur?  -
Xətai RİH sakinin ev tikməsinə niyə mane olur?  -
Xətai RİH sakinin ev tikməsinə niyə mane olur?  -
Xətai RİH sakinin ev tikməsinə niyə mane olur?  -
Xətai RİH sakinin ev tikməsinə niyə mane olur?  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...