“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır? İLGİNC

“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?


Fəxri İsmayılov: “Fuad Bəşirov mənə dedi ki, sənə o qədər mal etibar etməyimiz üçün, mənzilini girov qoymalısan”

GUNDEMİNFO.AZ yazır ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az və Qafqaznews.az saytlarında “Mətanət A” şirkətinin sabiq əməkdaşı Fəxri İsmayılovun bu şirkətdən şikayətləri ilə bağlı bir neçə yazı dərc olunmuşdu. F.İsmayılov öz müraciətində bildirib: “2008-2011-ci illərdə “Mətanət A” şirkətində satış üzrə menecer işləmişəm. “Mən şirkətin mallarını müxtəlif marketlərə satırdım. Rəsmi maaşdan əlavə, bizə satış menecerlərinə satılan malın məbləğindən 3 faiz düşürdü. Mağazalara mal paylayıb həftəiçi müəyyən qrafiklə onlardan pul toplayırdım. Kimsə pulu verməyəndə və ya əksik pul ödəyəndə, şirkət o pulu bizim maaşdan tuturdular. Hər gün “Mətanət A” şirkətinin Kamil adlı kassirinə pul ödəyirdik. Şirkət rəhbərliyi işçilərin adına qeyri-rəsmi olaraq depozit açır. Hətta sürücülər belə işə qəbul olunanda “girov” pul və ya mdsc06126-1aaşdan tutulan pullarla onların adına şirkətdə depozit açılır. Bu depozitə bizim maaşımızın 10 faizi keçirilirdi. Bu, kəsir ehtimalları üçün edilirdi. Depozitdə toplanılan pullar hər hansı kəsir və çatışmazlığı ödəməyə yönəldiləcəkdi.

Həmçinin, mənə daha çox mal verilməsi üçün, “Mətanət A” nın vitse-prezidenti Fuad Bəşirov məndən hər-hansı bir mülkiyyətə sahib olub-olmadığımı soruşdular. “Bəli, mənim evim və maşınım var”, – dedim. Dedilər ki, “sizin mülkiyyətiniz bankda girov qoyulacaq”. “Hansı əsasla?”, – deyə soruşdum. “Sizə satış üçün dəyəri 35 min AZN dən çox olan mal veriləcək və bu zaman satılan malın məbləğindən 3 faiz sizin gəlirinizi təşkil edəcək”. Onun sözlərinə görə, F.Bəşirov böyük miqdarda mal vermək üçün, girov tələb edib. “Maşınımı girov qoymağı təklif etsəm də, məndən evimi girov qoymaq tələb olundu. Fuad Bəşirov mənə dedi: “Hansısa əskiyiniz aşkar edildiyi halda, sizin bankda girov qoyulan mülkiyyətiniz satılacaq və beləliklə şirkət öz xərclərinin əvəzini alacaq”.

Mənim başqa variantım olmadığına görə, razılaşmışdım. Çünki əziyyət çəkib, iş qurmuşdum və yeni mağazalar da cəlb edərək, müştəri sayını artırmışdım. Mənim mənzilim “DəmirBank” ASC də girov qoyulmuşdu. Girovun məbləği 20 000 manat idi. Bir müddət sonra bank krediti mənim maaşımdan tutulan pullar hesabına bağlandı. Lakin o da sual doğurur ki, şirkət niyə mənim adıma bankdan 20 min manat götürməliydi? Fuad Bəşirov məni arxayın etmişdi ki, kəsirin olmasa, depozitində yığılan pullar işdən çıxanda özünə qaytarılacaq”.

O qeyd edib ki, satılan malların məbləğindən olan gəlirimin 10 faizi mənim şirkətdə olan depozitinə keçirilirdi: “ Gəlirin 3 faizi isə, faizlərin ödənilməsi üçün banka yönləndirilirdi. 2010-cu ildə şirkət rəhbərliyinin özü mənə bildirdi ki, “DəmirBank” ASC- ə mənim mənzilim qanunsuz olaraq girov qoyulmuşdu. “Mətanət A” şirkətində işlədiyim dövrdə heç bir əskik aşkar olunmadığına görə mənə, şirkətin “DəmirBank”dan mənzilimin girovdan çıxarılmasını istəməsi haqda məktub verdilər. Mən bu məktubla “DəmirBank”a getdim, sonra mənim mənzilim girovdan çıxarıldı. 2011-ci ildə “Mətanət A” şirkətindən işdən çıxarıldım. İşdən çıxan zaman heç bir çatışmazlığım, kəsirim yox idi. Depozitimdə 15 min manatdan çox pul yığılmışdı. Mən rəhbərlikdən bu pulu tələb etdim. Amma “Mətanət A” rəhbərliyi depozitdəki pulumu qaytarmaqdan imtina etdi. Mənə dedilər ki, kimə şikayət edirsənsə et, hər yerə əlimiz çatır. Sizdən xahiş edirəm ki, “Mətanət A” şirkətinin mənim və başqalarının başına gətirdiyi oyunları ictimailəşdirəsiniz vbez-nazvaniya-1ə depozitdə qalan pulumun qaytarılmasına yardımçı olasınız”.1-1-1-1-1-1

Xatırladaq ki, bundan əvvəlki araşdırmalarımız zamanı Qafqaz Xəbər Agentliyinin əməkdaşları “Mətanət A” şirkətinin də mövqeyini öyrənməyə çalışıblar. “Mətanət A”nın ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin müdiri Şahanə Sarı bildirib ki, şirkətdə depozit praktikası yoxdur və əlavə etdi ki, Fəxri İsmayılovun şirkətə borcu var.

“Fəxri İsmayılov 2011-ci ildə işdən çıxarılıb. Şirkət niyə borcu ondan almaq üçün tədbir görməyib?” – deyə soruşduq. “Şirkət lazımi tədbirlər görüb. Bu proses hələ də davam edir. Fəxri İsmayılov bizim şirkətə borclu qalıb”, – deyə Şahanə Sarı cavab verdi. Fəxri İsmayılov isə bu sözləri belə şərh etdi: “Hətta ən xırda səhvlərə görə, şirkət rəhbərliyi hüquq mühafizə orqanlarına müraciət edirdi. Əgər mən onlara həqiqətən də borclu qalsaydım, onlar çoxdan polisə müraciət edərdilər” (kavkaznews.az).

Biz “girov” məsələsinə aydınlıq gətirmək və bu müqavilənin hansı məqsədlə bağlandığını müəyyən etməyə çalışdıq. Təəssüf ki, “DəmirBank” ASC-də operatorun əlaqələndirdiyi Marketinq şöbəsinin əməkdaşı Leyla Hümbətova bu sualı cavablandırmaqdan imtina etdi: “Siz bu barədə hüquq şöbəsindən soruşun”. Operator bu dəfə bizi bankın hüquq şöbəsinə bağladı, lakin bizimlə danışan olmadı. Bizdə o da sual doğurdu ki, görəsən, “Mətanət A” şirkəti başqa əməkdaşları ilə də oxşar müqavilələr bağlayırmı?

Məsələyə aydınlıq gətirmək üçün, “Mətanət A”nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahanə Sarı ilə əlaqə saxladıq. “Fəxri İsmayılovun dedikləri tamamilə əsassızdır. Onun şirkətə borcu var, amma detalları barədə məlumatlı deyiləm. Hazırda hüquqşünaslarımız Fəxri İsmayılov barəsində hüquqi tədbirlər görülməsi üçün araşdırma aparırlar. O dediyiniz müqavilədən isə məlumatlı deyiləm. Biz əməkdaşlarımızla ancaq əmək müqaviləsi imzalayırıq. Bizdə işçilərlə münasibətdə “girov” anlayışı tətbiq olunmur. Şirkətimiz Azərbaycan iqtisadiyyatına töhfə verən iri şirkətlərdən biridir. Xahiş edirəm, kimlərinsə subyektiv ittihamları ilə şirkətimiz haqqında mənfi ictimai rəy yaratmayın”, – deyə Ş.Sarı cavab verdi.

“Fəxri İsmayılovun “Azərdəmiryolbank”la müqaviləsinin surəti saytımızda yeləşdirilib. Orda “Mətanət A”nın da adı keçir”, – deyə qeyd etdik. “Mən o müqaviləni görməmişəm. Mənim elektron poçtama göndərin, işdə araşdıraram”, – deyə Şahanə Sarı bildirdi. Qeyd edək ki, Ş.Sarı ilə əməkdaşımızın bu dialoqu oktyabrın 22-də baş tutub. Lakin o vaxtdan bəri, bu və digər suallarımıza hələ də şirkətdən cavab ala bilməmişik, lakin ümid edirik ki, bu yazının dərcindən sonra, “Mətanət A” rəhbərliyi sentyabr ayından bəri davam edən “anlaşılmazlığa” aydınlıq gətirəcək.

Əgər “Mətanət A” şirkətində çalışmış başqa şəxslərin də şirkətlə əməkdaşlığında oxşar “girov” məsələsi olubsa, Qafqaz Xəbər Agentliyi həmin vətəndaşları da dinləməyə və fikirlərini dərc etməyə hazırdır.

Sözardı: Şirkət rəhbərliyindəki bəzi şəxslərin də nəzərinə çatdırırıq ki, heç də bütün mətbuat qurumları “paket” arzusuyla fəaliyyət göstərmir.

“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?
“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?
“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...