Kardiologiya Elmi - Tədqiqat İnstitutundan şokedici məlumatlar - İLGİNC

Kardiologiya Elmi - Tədqiqat İnstitutundan şokedici məlumatlar -


Bir müddət öncə Çahangir Abdullayev adına Kardiologiya Elmi -Tədqiqat İnstitutu haqda yazı dərc etmişdik

Həmin yazıda sözügedən səhiyyəocağındakı acınacaqlı durum, direktor Adil Baxşəliyevin rəhbərliyi altındaaparılan pulyığma kampaniyası və korrupsiya faktlarından söz açmışdıq. Həmin yazıda Kardiologiya Elmi - Tədqiqat İnstitutunun korrupsiya qruplaşmasının əsasüzvlərindən biri olan qəbul şöbəsinin müdiri Lətafət Eyvazova haqda da bəhsetmişdik.

İndi isə TİA.AZ-a məlum məkandan və xanım müdirədən yeni faktlardaxil olub.
Kardiologiya Elmi - Tədqiqat İnstitutundan şokedici məlumatlar -

Kardiologiya Elmi -Tədqiqat İnstitutunda baş verənlər haqda tam məlumatlı mənbənin bildirdiyinə görə, rəsmi ştat cədvəlində qəbul şöbəsinin müdiri olan L.Eyvazovaəslində çox mühüm mövqeyə malikdir: “Lətafət Eyvazova Adil Baxşəliyevin burdakı“kassası” sayıla bilər. Çünki adı xəstəlik tarixçəsinin açılmasından tutmuşciddi əməliyyatlara, böyük pulsilmələrə qədər əksər korrupsiya vəsaitləri məhzbu xanımın əlinin altından gəlib keçir”. Mənbəmiz belə böyük imkanların L.Eyvazovanın həyat şəraitində özünü açıq şəkildə göstərdiyinə də diqqət çəkib:“Lətafət xanımın rəsmi əmək haqqısı 200 manat təşkil edir.

Amma onun malik olduğu kapitala nəzər yetirdikdə həmin kapitalın dəyəri bu əmək haqqı ilə qətiyyən uyğunluq təşkil etmir.

Məsələn onun, Bakı kəndlərinin birində 3 mərtəbəli villaya, Ayna Sultanova heykəlinin yaxınlığında dəyəri 200 min manat olan mənzilə sahib olması, 80 min manat dəyərində avtomobil sürməsi, mobil telefonun qiymətinin 1000 manat olması buna əyani sübutdur. Axı necə ola bilər ki, bir səhiyyə müəsisəsinin qəbulşöbəsinin müdiri öz qızına ad günündə 50 min manatlıq maşın hədiyyə etmək imkanında olsun? Lətafət xanım isə bunu bacara bilib.” Mənbəmiz L.Eyvazovailə direktor A.Baxşəliyevin ortaq əməliyyatlarından biri ilə də bağlı da ilginc məlumatlar verib.

Belə ki, daxil olan həmin məlumatlara görə, birmüddət öncə Kardiologiya Elmi - Tədqiqat İnstitutunun baş həkimi Əhməd Babayev məzuniyyətdə olduğu müddətdə L.Eyvazova baş həkimə aid möhürü götürərək əlilllik müəyyənləşdirilməsi üçün nəzərdə tutulan boş blankları möhürləyib. Daha sonraisə həmin hazır möhürlü blanklarla onlarla şəxsə əlillik haqda saxta sənədverilib. Mənbəmizin sözlərinə görə, baş həkim Ə.Babayev sonradan bu olaydanxəbər tutsa da heç nə edə bilməyib. Baş Həkimin qəbul şöbəsinin xanım müdirəsinə qarşı qəzəbinin qarşısını direktor A.Baxşəliyev kəsib.

Bu isə başverən saxtakarlıq və gələn gəlirə direktorun da şərik olduğu qənaətini yaradır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...