Rəhimovun millidə “əcnəbiləşdirmə” biznesi - Didərgin salınan idmançılar danışır

Rəhimovun millidə “əcnəbiləşdirmə” biznesi -


Gənclər və İdman Nazirliyinin fəaliyyətindən çoxları narazıdır. Elə nazir Azad Rəhimovun özündən də…

Ancaq heç kim bunu dilə gətirib, aşkar şəkildə etiraf etmir. Hətta bir çox idmançılarımız var ki, nazirin uğursuz işinin qurbanı olub. Elə bu səbəbdən də ya xaricə üz tutmalı olub, ya da idmançı karyerasını bitirmək qərarına gəliblər. İdmançılarla danışdığımız və əldə etdiyimiz məlumatlara görə nazir A. Rəhimov bir çoxunun işinə özü əngəl törədib. Səbəbi isə "əcnəbiləşdirmə biznesi”dir…

Yeniçağ.az Gənclər və İdman Naziri Azad Rəhimovun fəaliyyətindən narazı olan idmançıları və idman yazarlarını danışdırıb.

Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağəli Alışov sırf nazirlə problemi olduğu üçün karyerasını xaricdə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, o, ölkədən sözün əsl mənasında didərgin salınıb. Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etsə də onu ölkəsində bir idmançı kimi tanımaq istəməyiblər. Hətta ona "dəli” damğası belə vurublar. Hər dəfə problem yaradan nazirliklə bağlı mənfi fikirlər səsləndirən boksçu Ağəli Alışov bunları deyib:

Rəhimovun millidə “əcnəbiləşdirmə” biznesi -


"Artıq bu söhbətlərə son qoymuşam. Demək istəyirəm ki, həm idmançı, həm də fəal bir gənc kimi bacardığım qədər vətənim Azərbaycanı hər yerdə layiqincə təmsil etmişəm və əlimdən gələn qədər tanıtmağa çalışmışam. Lakin bəzi insanlar,quyruq bulayanlar (söhbət Azad Rəhimovdan gedir) bu gün olduqları məqamdan istifadə edərək məndən mənfi bir obraz yaradaraq, dövlət orqanlarına yanlış məlumatlar veriblər. Əslində isə bunların hamısı yalandır. Mən daima Vətənimi, millətimi sevmişəm. Bu səbəbdən də dəfələrlə öz fikirlərimi çatdırmaq üçün lazımi orqanlarla görüşə can atdım. Çox təəssüflər olsun ki, hər dəfə də mənə mane oldular. Bu gün yenə də idmançı karyerama davam edirəm. Yenə deyirəm, bacardığım qədər bundan sonra da ölkəmi layiqincə təmsil etməyə çalışacam. Çünki mən Azərbaycanı sevirəm”.

Sambo və cüdo üzrə 11 qat Dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova da Azad Rəhimov kaprizinin qurbanı olan idmançılardandır. Hətta nazir xanım cüdoçunun uğurlarını yaxşı nəticə hesab etmədiyini, sambonun qeyri-olimpiya növündə olduğunu bildirib. Baxmayaraq ki, cüdo Olimpiya idman növüdür.

Nazirin onun təqaüd işinə də əngəl törətdiyini deyən Zülfiyyə Hüseynova bunları deyib:

Rəhimovun millidə “əcnəbiləşdirmə” biznesi -


"Uzun müddətdir idmançı kimi təqaüdümü ala bilmirəm. Məsələ necə var, elə də qalıb, həll olunmayıb. Bununla bağlı müraciət etdim, cavabı siz də bilirsiniz. Bundan artıq nə edə bilərəm? O deyir ki, qeyri-olimpiya idman növündəyəm. Yaxşı əgər mənim təqaüd almağıma nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab Prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? İkincisi, əgər cənab nazir cüdonun Olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm? Bəlkə cüdonun qeyri-olimpiya növü olduğundan heç xəbərim yoxdur? Mən hərbçilərin cüdo üzrə Olimpiya çempionuyam. Azərbaycanda bu nəticəni mən vermişəm. Həmçinin, tələbələrin Dünya çempionuyam. İki Olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətlərdir. Yəqin ki, cənab nazir cüdonu Olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir. SSRİ-də cüdo spartakiadasında üçüncü, SSRİ çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısıyam.

Düzdür, sambo qeyri-olimpiya idman növüdür. Amma hazırki saydıqlarımın hamısı Olimpiya növü olan cüdodandır. Mənim vaxtilə qalibi olduğum turnirlər indi "Grand Slam” ("Böyük dəbilqə”) adlanır. Barmaqla sayılıb qurtarmaz.

Bu barədə demişəm, yenı deyirəm: istənilən telekanalda canlı debat olsun, oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız? Şükürlər olsun ki, mənim öz işimlə bağlı müzakirə aparmağa savadım çatar. İnşallah, inanıram ki, onsuz da gec-tez haqq-ədalət öz yerini tapacaq, bu iş həll olunacaq”.

Azərbaycanın tanınmış K1 ustası Zabit Səmədov da mətbuata verdiyi əvvəlki müsahibələrinin birində Gənclər və İdman Naziri Azad Rəhimovun biganəliyindən gileylənmişdi. Nazirliyin bir çox əməkdaşlarının onun uğuruna sevinmədiyini demişdi. Hətta bildirmişdi ki, öz nazirimizdən gözlədiyi diqqəti ona Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov göstərib:

Rəhimovun millidə “əcnəbiləşdirmə” biznesi -


"Mənə Azərbaycanın rəsmi strukturları, eləcə də nazirliyimiz tərəfindən heç bir dəstək olmayıb. Qroznıdakı döyüşümə (2015-ci ildə) Çeçenistan Respublikası tərəfindən Azərbaycanın Gənclər və İdman Naziri, Kikboksinq Federasiyasının prezidenti dəvət olunmuşdu. Amma nə gələn oldu, nə də dəvətə cavab verən… Çeçenistan prezidenti Ramzan Kadırov isə mənə avtomobil və dəyəri 70 min dollar olan saat bağışladı.

Niyə diqqətdən kənar qalmışam, bunun səbəbini bilmirəm. Çünki keçirtdiyim döyüşlərdə Azərbaycanı təmsil edirəm və onlar beynəlxalq xarakterli olur. Bütün dünya harada və nə vaxt döyüşəcəyimlə maraqlanır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...