Salyanın icra başçısı özünə balıq biznesi qurur? - SÜNİ BALIQ GÖLLƏRİ "LƏĞV EDİLDİ", AMMA...

Salyanın icra başçısı özünə balıq biznesi qurur?  -


Bir müddət əvvəl yerli mediada məlumat yayıldı ki, Azərbaycanda süni balıq gölləri ləğv edilir. Xüsusilə də Salyan rayonunda belə göllərin ləğv edilməsi ilə bağlı olaraq informasiyalar yayıldı. Ötən ilin oktyabr ayında yayılan bu xəbər özünü yalnız Salyan rayonunda daha çox «doğruldub» deyəsən. Yerli sahbikarlara süni balıq göllərinin ləğv edilməsi informasiyasını rəsmi məlumat kimi təqdim edən icra başçısı Sevindik Hətəmovun adamları deyəsən aşçı üçün çalışıblar…

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən rayonda ləğv edilməsi qərarı (?) çıxarılan balıq göllərinin heç birində qurutma işləri həyata keçirilməyib. Xüsusilə də strateji əkin sahələrində yerləşən bu göllərin qurudularaq əkin sahəsi kimi istifadə edilməsinə dair ilkin rəsmi məlumatlar vverilsə də, sonradan Salyan İcra Hakimiyyətindən bununla bağlı olaraq hər hansı bir açıqlama verilməyib. Məlumatlara əsasən Salyanda balıq göllərinin ləğv edilməsi söhbətləri ortaya çıxandan sonra Sevindik Hətəmovun özü ilə Yardımlıdan gətirdiyi komandasının adamları yeni rəsmiləşdirmə və yenidənqurma adı altında həmin göllərə əl qoymayublar.

Rayondakı mənbələrdən daxil olan informasiyalara əsasən Salyanın icra başçısı Yardımlıdan təyinat alandan sonra birbaşa olaraq Xəzər sahillərində özünə böyük bir balıq biznesi qurmağa müvəffəq olub. Bu mövzu ilə bağlı araşdırmalırımız davam edir. Yaxın günlərdə rayondakı balıq təsərrüfatı ilə narazılıqları fərdi qaydada sizlərə təqdim etməyə çalışacağıq. Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...