“Afrində ABŞ-ın oyununa aldanmaq istəmirik” – Ərdoğan Afrin əməliyyatının başlaması siqnalını verdi

“Afrində ABŞ-ın oyununa aldanmaq istəmirik” –

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin vilayət şöbə sədrləri iclasda Türkiyənin Afrində hərbi əməliyyata başlaması siqnalını verib.

Avropa.info xəbər verir ki, 22 noyabrda Soçidə keçiriləcək görüşdə bu məsələnin həllinin müzakirə olunacağını bildirib.

“İdlib əməliyyatı planlaşdırıldığı kimi davam edir. Türkiyə, Rusiya və İran olaraq ortaq mövqeyə gəlmək yolunda xeyli məsafə qət etdik. Afrin sərhədimiz xaricində bizim üçün çox vacib yerdə yerləşir. Afrini terror təşkilatı PYD-dən təmizləməyimiz lazımdır.

Amerikanın Suriya böhranının başlamasından bəri verdiyi vədlərin böyük hissəsinə əməl etməməsi böyük xəyal qırıqlığı yaradıb. Afrində eyni oyununa aldanmaq istəmirik. Çox asan yolla həll edə biləcəyimiz neçə problem ABŞ tərəfindən inadla dalana doğru sürüklənib. Rəqqa, Məmbic, Deyr-əz-Zor bunlara aiddir. Obama neçə dəfə söz verməsinə rəğmən sözünə əməl etməmişdir. Ondan sonra gələn hakimiyyət: “Terror təşkilatı YPG-nin artıq orada biz YPG ilə deyil, SDG ilə əməkdaşlıq edirik”, deyib. Etməyin. Bütün bunlar ortadadır. Sin 12 min km uzaqlıqda məsafədən Suriyaya nə üçün gəlirsiniz? Niyə? Bu sual verilməzmi? Vətəndaşım bunu məndən soruşur.

İŞİD-lə mübarizə. Başlıq budur. Siz nə etdiniz? İŞİD-ə bol-bol dollar xərclədiniz. Mənim əsgərim, ASO qəhrəmancasına döyüşdü. 2000 kvadrat kilometrlik ərazi İŞİD-dən belə təmizləndi. Başqaları isə onlara dollar verib, qələbə işarəsi ilə yola salırlar. Daha əvvəl bütün bunlarla bağlı xəbərdarlıqlar harada, kim, necə, hansı yolla etdi hamısını bildirdik. Amerikanın bu terror təşkilatları vasitəsilə həyata keçirməyə çalışdığı ssenarinin fərqindəyik. İttifaq başqa şey amma bu müttəfiqliyə sığmayacaq addımları atmaq başqa şey. Qüsura baxmayın, səhvləri deyəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...