Binəqədi bələdiyyələrində yarpaq tökümü - Yeni başçı hesab sorur...

Binəqədi bələdiyyələrində yarpaq tökümü -

Binəqədi bələdiyyə sədri işdən çıxıb, Biləcəri sədri isə 700 min manat borcunu hara edəcəyini bilmir

Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı işdən ayrılıb. Məlumata görə, onun adı müxtəlif yeyintilərdə keçib.

Binəqədinin keçmiş icra başçısı Xaləddin İsgəndərovun yaxın adamlarından olan S.Cabbarlının işdən çıxmasının səbəbi açıqlanmır. AzEuroNews.com-a verilən məlumatda deyilir ki, növbə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevindir. H.Quliyev də pul silməkdə S.Cabbarlıdan geri qalmayıb. Hətta adam döyməkdə ittiham olunub.

Son xəbərə görə, Biləcəri bələdiyyə sədri Yahya Hüseynov küçəsinin sakinlərindən pul yığır, guya küçələri abadlaşdırır. Halbuki, küçələri icra hakimiyyəti abadlaşdırır, amma H.Quliyev öz adına çıxarır.

Sitarə Cabbarlı

Onun yaxınlarından olan Aynur Teymurova və ümumi şöbənin müdiri Səma Əliyeva bələdiyyə sədrinin tapşırığı ilə “at oynadır”lar. İddialara görə, bələdiyyə sədrinin tapşırığı ilə baş mühasib on minlərlə manat silib. Sonradan işin üstü açılıb, Hikmət də onları işdən uzaqlaşdırıb ki, biabır olmasın. Deyilənə görə, bələdiyyə üzlərinin sayı 15 olmalıdır, amma 10 nəfərdir. Amma 5 nəfərin pulunu da sədr cibinə qoyur. 74 nəfərin adı isə ştat cədəlindədir.
Binəqədi bələdiyyələrində yarpaq tökümü -

Hirmət Quliyev

H.Quliyein Biləcərinin 4 yerində evi var. Hansı pulla tikilib aydındır. Çünki bələdiyyənin 700 min manatdan çox dövlət büdcəsinə borcu var.

Yeni icra başçısının gəlişi isə onun işlərini davam etdirməyi çətinləşdirib və sakitcə getməyə hazırlaşdığı deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...