Bakıda bu şirkət işləmək istəyən gəncdən pul alıb, xaricə göndərdi - Polşada küçələrdə qaldı (VİDEO)

Bakıda bu şirkət işləmək istəyən gəncdən pul alıb, xaricə göndərdi -

İşədüzəltmə şirkətinin xətti ilə xaricə gedən Azərbaycan vətəndaşı Polşada köməksiz vəziyyətdə qalıb.

Unikal.org-a müraciət edən vətəndaş Hüseynov Pərviz Şahlar oğlu redaksiyamıza müraciət edərək bildirib ki, onun qardaşı 11.10.1989-cu il təvəllüdlü Hüseynov Bəhruz Şahlar oğlu işədüzəltmə şirkəti tərəfindən aldadılaraq Polşanın Qdansk şəhərinə aparılıb. Sonradan işlə təmin edilməyərək küçələrdə qalmalı olub. Hazırda onun ciyərlərinə su yığıldığı və xəstələndiyi bildirilir. Pərviz Hüseynov Bakıda yerləşən "KeyProbject" şirkətinə və onun rəhbəri olan Üzeyir Məmmədli, Nurlan Məmmədov və Tural Əzimliyə müraciət etsə də onun qardaşının Azərbaycana gətirilməsinə kömək etmirlər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...