Fuad Muradov niyə diaspora işində uğur qazana bilmir? - xarici ölkələrdə lobbiçilik üçün səfirliklər niyə Komitə sədrinə dəstək olmurlar

Fuad Muradov niyə diaspora işində uğur qazana bilmir? -

Bu ilin aprel ayında dövlət başçısının sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Kifayət qədər zaman keçməsinə baxmayaraq hələ də sabiq komitə sədri Nazim İbrahimovdan mitas qalan problemlər həllini tapmır. Xüsusilə də MDB məkanında Azərbaycan diasporunun erməni işğalçılarına qarşı həyata keçirməli olduğu Azərbaycan gerçəklərinin çatdırılması işində ağsamalar var. Məsələn Ukraynadakı Azərbaycan diasporu ilə bağlı problemlər yerli mediada son günlər kifayət qədər müzakirə olunur. Məsələ burasındadır ki, Azərbaycanın Rusiyadakı diaspor təşkilatları da yerli səfirliklərlə əməkdaşlıq məsələsində ciddi problemlə üzləşiblər. Gundeminfo.az-a daxil olan məlumata əsasən Azərbaycanın Ukrayna, Rusiya, Moldava, Belarus kimi dövlətlərdə həyata keçirməli olduğu lobbiçilik fəaliyyəti demək olar ki, uğursuzluq zolağındadır. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlsə də, Azərbaycanın xarici ölkələrdə diaspor təşkilatları arasında həmrəyliklə bağlı tədbirlər planı barədə ictimayyətə məlumat verilmir.

Nə baş verir? Niyə Fuad Muradov uzun illər Milli məclisdə iştirak etdiyi və profil olaraq yaxın olan diaspor işində uğur qazana bilmir? Gundeminfo.az-a danışan mənbə bildirir ki, səbəb kifayət qədər saədədir. Səbəb ondan ibarətdir ki, bu gün Azərbaycanın xarici ölkələrdəki fövqəladə və səlahiyyətli səfirləri komitə sədri ilə əməkdaşlıq etmədə maraqlı deyillər. Elə bu günlərdə jurnalist Nicat Dağların Ukraynada Azərabaycan diasporu ilə bağlı yazdığı reportajın məntiqi olaraq da təəssürat ortaya çıxdı ki, bu ölkədəki diaspor təşkilatları ilə səfirlik əməkdaşlıqda maraqlı deyil.

Səbəb nədir? Sadəcə olaraq Fuad Muradovun şəxsi keyfiyyətləri və bacarığımı? Təbii ki, bu səbəbdir. Lakin nəticəyə nail olmaq üçün işin düzğün təşkilinə nail olmaq lazımdır. Azərbaycanın dövlət büdcəsindən xarici ölkələrdə kifayət qədər uğurlu diaspor fəaliyyəti təşkil etmək olar. Və bu sahədə təkcə maliyyə deyil, eyni zamanda nifuzlu fərdlərin də təmsilçiliyi mühim məqamlardan biridir. Gundeminfo.az-a danışan diaspor eksperti deyir ki, əslində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə bu günə qədər bir biznes və gəlir sahəsi kimi yanaşıldığına görə ortada açıq qalan suallar kifayət qədər çoxdur. Fuad Muradova gəlincə isə komitə sədri uğursuzluq zolağından sadəcə olaraq ölkənin daxili ictimayyətinə hesablanmış gedişlərlə xilas olmaq istəyir. Hansı ki, böyük bir şəbəkə bu gün Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsi, qaçqın və məcburi köçgünlər məsələsində Azərbaycanın əleyhinə fəaliyyət göstərir.

Mənbəmiz deyir ki: "Bu günə qədər diaspor işi çoxlarının biznes maraqlarının təmin olunması üçün istifadə edilən bir vasitə olub. Xarici ölkələrdə Azərbaycanla bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılması məsələsində ayrı-ayrı fərdlər və qruplar maraqlarını təmin etməyə çalışıblar. Bəzi oliqarx məmurlar bu məqsədlə böyük kirli pulların yuyulması işini reallaşdırınlar. Və buna görə də Fuad Muradov da faktiki olaraq xarizmasından istifadə edə bilmədiyi üçün uğur qazana bilmir. Bu işdə ilk növbədə səfirliklərin aktiv iştirakı lazımdır ki, həmin səfirliklər də Muradovla əməkdaşlıq etməkdə maraqlı deyillər".

Maraqlıdır ki, F.Muradov son zamanlar daha çox şəxsi təşəbbüsü və rəhbərliyi ilə diaspor işinin təşkilinə nail olmağa çalışsa da standart qapalı məkan görüşlərindən və protokol çərçivəsindən çıxa bilmir. Hər halda ictimai təəssurat belədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...