Deputata məxsus şirkət insan həyatı üçün təhlükəli ərazidə bina tikdirdi — Qatar hər an sakinləri VURA BİLƏR

Deputata məxsus şirkət insan həyatı üçün təhlükəli ərazidə bina tikdirdi —
“Kristal Abşeron” tikinti şirkəti sakinlərin həyatına təhlükə yaratmaqda davam edir.

Bununla əlaqədar şirkətin Xırdalan ərazisində inşa etdiyi binanın sakinləri Demokrat.az-a müraciət göndəriblər.

Müraciətdə qeyd olunur ki, “Kristal Abşeron” şirkəti Xırdalan dəmiryolunun yaxın məsafəsində hündürmərtəbəli binalar tikərək sakinlərə satır. İlkin olaraq həvəsləndirici təkliflərə aldanan sakinlər sonradan binanın təhlükəli ərazidə inşa olunduğunun fərqinə varırlar.
Deputata məxsus şirkət insan həyatı üçün təhlükəli ərazidə bina tikdirdi —

Binalar dəmiryoluna o qədər yaxın məsafədə inşa edilib ki, hətta qatarlar gedən zaman ərazidə titrəyiş belə hiss olunur. Digər tərəfdən isə bina sakinləri azyaşlı uşaqların həyatı üçün yaranan təhlükədən narahatdırlar. Onlar hər an qatar təhlükəsilə üzləşə bilərlər.

Şirkətin fəaliyyətinin digər nöqsanlı tərəfi isə Azərbaycan hökumətinin qəbul etdiyi qərarların tələblərini kobud şəkildə pozamsıdır.
Deputata məxsus şirkət insan həyatı üçün təhlükəli ərazidə bina tikdirdi —
Deputata məxsus şirkət insan həyatı üçün təhlükəli ərazidə bina tikdirdi —
Deputata məxsus şirkət insan həyatı üçün təhlükəli ərazidə bina tikdirdi —

Bildiyiniz kimi, Azərbaycan hökuməti dəmiryolu xəttlərinə yaxın məsafədə yerləşən evlərin sökülməsi üçün müvafiq addımlar atır, həmin sakinlərə kompensasiya ödənilməklə təhlükəsiz ərazilərə köçürülür. Dövlət bu istiqamətdə sağlamlaşdırılma aparmaq üçün heç də az vəsait xərcləmir. Ancaq nədənsə deputat Ağalar Vəliyevə məxsus olduğu deyilən “Kristal Abşeron” şirkəti dövlətin bu qərarlarını ya heçə sayır, ya da görməməzlikdən gəlir. Yoxsa, bu şirkət nədən qatar relslərinin yanında bina tikdirsin ki?!

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
84 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...