İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən MİLLİ MƏCLİSƏ GEDƏN YOL(VİDEO)

İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən

Keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu, 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovla bağl ilginc məlumatlar yayılıb.

Sabiq nazirin deputatlığa namizəd oğlu seçicilərə 100 manatdan pul paylayır...

İxa.az xəbər verir ki, bir neçə gün öncə, Şirvanın Olimpiya İdman Kompleksinə, icra başçısı İlqar Abbasovun göstərişi, müvin Samit Abiyevin çağrışı ilə deputatlığa namizəd Rəşəd Camalovla görüşə 600-ə yaxın məcbur adamlar gətizdirilib.

Bildirilir ki, Şirvanda yerləşən strateji zavodda işi dayandıraraq, bütün fəhlələr, məllimlər, Poçt işçiləri, həkimlər, narkomanlar dünyasının tanınmış simaları, icra nümayəndələri və digər dövlət qulluğunda işləyən şəxslər seçici qismində, Rəşəd Camalovun görüşünə toplanıb. Əlimizdə olan videoda da göründüyü kimi, yuxarıda göstərilən xadim və qulluq adamları necə deyərlər hörmətli R. Camalovun xidmətində və qulluğunda olaraq söz deyib təriflər yağdırıblar. Buna vdieonun gül mərasimindən başlayaraq. görüşün son dəqiqəsinə qədər izləyən hər bir şirvanlı şahiddir.

İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən


İcra başçısını və mavini də arxasına alan zor və güc sahibi Rəşad Camalovun bütün görüşləri ciddi qanun pozuntuları ilə yadda qalır.

Bunlardan:

Şirvanda dövlət əhmiyyətli zavodun işini saxlayıb, fəhlələri və bütün heyyəti məcbur görşə gətirmək, müəllimlər, Poçt işçiləri, həkimlər, icra nümayəndələri, bələdiyyə üzüvləri və digərlərini tirbunaya çıxarıb seçici kimi təqdim etmək təbliğat, təşviqat deyil, seçki təxribatı hesab olunur. Prezidentin dediyi kimi, heç bir dövlət qulluğunda çalışan şəxs, eləcədə icra başçısı və digər vəzifəlilər seçyiyə müdaxilə edə bilməz. Hörmətli R. Camalov bu hal seçkiyə müdaxilə deyil nədir?

Bundan başqa, YAP-ın vahid namizədi olmasına baxmayaraq, Şirvan şəhər İcra hakimiyyəti başçısının birinci müavini Samid Abıyevin köməkliyilə, başçı ilə selfi çəkdirən İlhamın iştirakında, şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini "Yeganə" şadlıq sarayına toplayıb, seçicilərə ət, ərzaq və 100 manat şirinlik paylanmasındanmı danışaq, Və ya icra başçısı İlqar Abbasova vəd edilən 200 min dolların görünməyən aqibətininin iddialarından...? Bəlkə, zor və təhtid gücünə namizədliyindən imtina etdirilən birinə 6 sot torpaq, o birinə 2 min manat pul hədiyyə verənlərin səxavətindən...? Günlərdir qorxu altında saxlanan istedadlı bir gəncin prezidentə müraciət edib kömək istəməsindən..?



Əlbəttə ki, belə və buna oxşar faktlar, söhbətlər və iddiaları saymaqla bitməz. Çünki, Şirvan şəhər rəhbərliyində ikitirəlik yaradılıb.

Belə ki, Şirvanın keçmiş icra başçısı Mərdan Camalov (hazırda Zərdab rayon icra hakimiyyətinin rəhbəri) qardaşı oğlu Rəşad Camalovun seçilməsi üçün öz nüfuz və təsir imkanlarından istifadə edir. Cənab Nağdəliyevin qulaqlarından iraq...Baxmayaraq ki, yuxarıda dediyim kimi, bu dairədən YAP-ın vahid namizədi şəhərin Gənclər və İdman İdarəsinin rəisi Quliyev Azər Əli oğludur.

Keçmiş icra başçısına sadiqliyi ilə tanınan birinci müavin, həttda YAP-n sədri Samid Abıyev (Mərdan Camalovun vaxtilə köməkçisi olub) Rəşad Camalovun imzatoplama kampaniyasını təşkil edənlər sırasında, etimadı doğruldan vəzifə bəndəsidir. Bu işdə Şirvanın axundu Hacı Əvəz Mehrəliyev, yeni bələdiyyə üzvü, sədir məqamına küllü-miqdarda pulu qoyan, arzusuna və vüsalına yetməyən, başçı ilə selfinin zibilinə düşən, ən nəhayyət, Şirvanın Olimpiya İdman Kompleksinin rəhbəri "tovariş" İlham Səfərov yaxından iştirak edib.

İddialarda, Rəşad Camalov əslində seçki qanunlarını bu gün deyil, imzatoplama kompaniyasında, Şirvanın yerli məmurlarının köməkliyin və dəstəyin alanda pozduğu bildirilir.

Onda MSK-sı 46 saylı Şirvan DSk-nın qərarını niyə ləğv etmir. Axı, 9 fevral da Şirvandakı seçkilərin demokratikliyi kölgə altına düşə bilər...

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...