Zərdab rayonunda nə baş verir? Mərdan Camalzadə tenderin nəticələrini niyə (kimdən) gizlədir?

Zərdab rayonunda nə baş verir?
Zərdab rayonu Mərkəzi Aran iqtisadi rayonuna daxişldir. Bu iqtisadi rayonda - Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları yerləşir. Rayonun iqtisadi göstəriciləri çox aşağıdır. Dövlət büdcəsindən dotasiya alan əsas rayonlardan biridir. Rəsmi statistik məlumatlara əsasən 2021-ci ildə Zərdab rayonun gəlirləri 3 milyon 297 min manat təşkil edir. Proqnoza görə isə ümumi yerli xərclər 6 milyon 466 min manat təşkil edir. Nəticədə Zərdab rayonuna cari ildə büdcədən dotasiya olaraq 3 milyon 180 min manat vəsait ayrılır. Göründüyü kimi, rayona uzun illərdir ki, büdcədən dotasiya ayrılsa da iqtisadi göstəricilərində heç bir yenilik yoxdur. Əvəzində Zərdab İcra Hakimiyyəti açıq tenderlər elan edir.

Gundeminfo.az-a rayondan verilən məlumata əsasən Mərdan Camalov icra başçısı olaraq ilk günlərdə sahibkarlarla görüşlər keçirir, ərazidə olaraq fermerlərin problemləri ilə maraqlanırdı. Lakin sonradan Mərdan Camalzadə kabinetində və adətən də Bakıda olur. Yəni yerli qaynaqlar iddia edir ki, 12 noyabr 2019-cu ildə dövlət başçısının sərəncamı ilə Zərdaba başçı təyin edilən Camalzadə ilk bir neçə ay ərzində əhali ilə təmaslarda olurdusa, sonradan onun qəbuluna düşmək belə ciddi müşkülə çevrildi.

Gundeminfo.az-a danışan rayonun iri və orta fermer təsərrüfatlarının sahibləri deyir ki, əsasən çətinlikləri aqrar texnika təminatı və əkin sahələrinin suvarlımasıdır. Buna baxmayaraq icra başçısı ilə görüşüb dərdlərini, problemlərini çatdıra bilmirlər.

Zərdabla bağlı apardığımız araşdırmalar zamanı daha bir maraqlı məqama da rast gəldik. İcra hakimiyyəti bu ilin iyun ayının 20-də açıq tender elan edib. Tender 3 lot üzrə elan edilib:

Tender 2 - LOT üzrə keçirilir:

LOT - 1: Yolların əsaslı təmiri işlərinin satın alınması.

LOT - 2: Şəhərin abadlaşdırılması işlərinin satın alınması.

Tenderə isə iyul ayının 23-ü saat 17:00-da yekun vurulmalı idi. Deyəsən tenderə yekun vurulub. Çünki biz İH-nin rəsmi saytında son bir ayda cəmi bir yeni xəbərə rast gəldik. http://zerdab-ih.gov.az/news/1154.html ünvanında Zərdab şəhəri Dədə Qorqud küçəsindəki abadlıq barədə məlumat verilirdi. Lakin bu abadlıq işləri qeyd edilən açıq tender üzrə həyata keçirilirmi, bu suala cavab ala bilmədik. Çünki tenderin yekunu və tenderin qalibləri ilə bağlı ortada mübhəm iddialar var. Tender elan olunsa da yekun vurulsa da qaliblərlə bağlı https://etender.gov.az/media/contracts-register dövlət bazasında heç bir informasiyaya rast gəlmək mümkün deyil. Bu tenderlərlə bağlı ortada olan iddialar, qaliblərin icra başçısı Mərdan Camalzadə ilə yaxın qohumluq bağlarının olduğu deyilir. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Araşdırmalarımız davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...