Laçının başçısı Xeyriyyə Fondunu kimlərə açıb? İDDİA

Laçının başçısı Xeyriyyə Fondunu kimlərə açıb?


Rayonun Şeylanlı kəndindən olan məcburi köçkün, ikinci qrup əlil Allahverdi Əmraliyev şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 7 nəfərlik ailə üzvləri ilə Bərdə rayonunun Kələntərli kəndinin keçmiş mal fermasının uçuq-sökük bir tövləsinin küncündə yaşayır. Onun himayəsində olan 5 azyaşlı uşaqları dolandırmaq və müalicəsini mütəmadi davam etdirmək üçün heç bir maddi imkanı yoxdur.

"Yaşadığımız dözülməz şəraitdə vərəm kimi dəhşətli bir xəstəliyə düçar olmuşuq. Belə bir acınacaqlı şəraitdə körpə uşaqlarımı bir qarını ac, bir qarını tox aldığım pensiya və yemək xərciylə birtəhər dolandıra bilirəm. Bir neçə dəfə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov cənablarının qəbulunda olub məni münasib bir işlə təmin etməsini və yaxud maddi köməklik göstərməsini xahiş etmişəm. Sonuncu dəfə A.Səlimov cənabları Bərdə şəhərində Sultan sarayında keçirdiyi qəbul zamanı yenə də qəbulunda oldum. Acınacaqlı vəziyyətimiz barədə məlumat verib köməklik istədim. Yenə də əvvəlki qaydada mənə köməklik olunacağını vəd versə də, bu günə kimi heç bir köməklik edilməyib. Mən başa düşmürəm İcra Hakimiyyətinin nəzdində formalaşmış Xeyriyyə Fondu kimin üçün nəzərdə tutulub?

Xahiş edirəm, gəlin yaşadığımız şəraitə baxın və sonra da Laçın İcra Hakimiyyətinin Xeyriyyə Fondundan yardım alan insanların siyahılarını nəzərdən keçirin. Azərbaycanın birinci xanımı Mehriban Xanım Əliyevadan, cənab prezidentimiz Ilham Əliyevdən müalicəmiz üçün kömək istəyirəm”.(vizual)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...