Hulusi Akar helikopter qəzasının ilkin səbəbini açıqladı

Hulusi Akar helikopter qəzasının ilkin səbəbini açıqladı

Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması qəfil pisləşən hava şəraiti üzündən baş verib. Bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“İlkin məlumatlara və şahidlərin ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfil pisləşən hava şəraitinə görə baş verib.

Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək”, - Akar əlavə edib.

Nazir qeyd edib ki, faciənin ilk dəqiqələrindən etibarən müvafiq dövlət idarələri axtarış-xilasetmə işləri, yaralananların və həlak olanların nəşinin evakuasiyası üçün bütün qüvvələri səfərbər edib.

Qeyd edək ki, Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 hərbçi həlak olub, ikisi yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...