Bakıdakı oyunda qaçqınlarla bağlı video göstəriləcək - AVRO-2020

Bakıdakı oyunda qaçqınlarla bağlı video göstəriləcək -
UEFA Avropa çempionatının A qrupunun İtaliya - Uels və İsveçrə - Türkiyə oyunlarından öncə maraqlı aksiya təşkil edəcək.

"Report"un məlumatına görə, qitə futbol qurumu matçların oynanılacağı "Olimpiko" və Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı hazırladığı videonu nümayiş etdirəcək.

Həmçinin qaçqın uşaqlardan ibarət komanda İtaliya Futbol Federasiyasının təşəbbüsü ilə Romadakı qarşılaşmada UEFA-nın qonağı olacaq.

Qeyd edək ki, iyunun 20-də keçiriləcək oyunlar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...