MSK partiyalara xəbərdarlıq edib

MSK partiyalara xəbərdarlıq edib


Bu günə qədər 14 siyasi partiya 2015-ci il üzrə illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. APA-nın məlumatına görə, bu barədə MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

N. Məmmədov deyib ki, partiyalar qanunvericiliyə uyğun olaraq aprelin 1-ə qədər illik maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi və hesabatların dərc edilərək rəsmiləşdirilməsi prosesini başa çatdırmalıdır: “Keçən il ilk il olduğu üçün siyasi partiyaların bu sahədə fəaliyyətinin təkmilləşməsinə ehtiyac duyulurdu. Bu ildən isə partiyalar illik maliyyə hesabatlarını aprelin 1-ə qədər mütləq MSK-ya təqdim etməlidir.

Biz bu ildən başlayaraq hesabatlarını təqdim etməyən partiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan addımları atacaq, bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq müraciət edəcəyik. Ümid edirəm ki, bununla bağlı siyasi partiyalara qarşı sanksiyalara ehtiyac qalmayacaq. MSK partiyalar üçün bu sahədə maarifləndirici xarakterli tədbirlər təşkil edir, bu gün də belə tədbir keçiriləcək. Gələcəkdə isə beynəlxalq təşkilatlar da bu sahədə partiyaların maarifləndirilməsinə cəlb olunacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...