Dünyada ikinciyik - Doğulan uşaqların cins nisbətinin pozulması üzrə

Dünyada ikinciyik -


"Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir".

"Report" xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 116 oğlana 100 qız düşür: "Yəni oğlanlar qızlardan 10-11 faiz çoxdur. Azərbaycanda 1975-1980-ci illərə qədər doğulan uşaqların cins nisbəti pozulmayıb. 1998-ci ildən isə cinsi nisbətin pozulma dinamikası artıb".

F.Babayev bildirib ki, cinsi nisbətin pozulmasının qarşısı alınmasa gələcəkdə kişilərin sayı artacaq : "Sonra gender bərabərliyini bərpa etmək çətin olacaq". F.Babayev deyib ki, cinsi nisbətin pozulmasının qarşısını almaq üçün bütün aiddiyyəti qurumlar problemin həllinə cəlb olunmalıdır: "Bu problemi dövlət strukturları, kütləvi informasiya vasitələri, cəmiyyət birgə həll etməlidir. Çünki qadağalarla məsələni həll etmək qeyri-mümkündür. Məsələyə yanaşmanın dəyişməsi üçün yeganə yol təbliğatdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...