Cahangir Hacıyevin daha bir kadrı istefa verdi

Cahangir Hacıyevin daha bir kadrı istefa verdi

Bir müddət əvvəl İdarə Heyəti sədrinin istefa verdiyi Azərbaycan Beynəlxalq Bankında, indi də filial müdiri istefa verib.

“Marja”nın məlumatına görə, bankın “Sənaye” filialının müdiri Məmməd Cahangirov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin 17.04.2015-ci il tarixli, 62 nömrəli qərarı ilə, Məmməd Cahangirov Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) uyğun olaraq öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib və onunla bağlanmış 15 Avqust 2013-cü il tarixli əmək müqaviləsinə xitam verilib.

“Sənaye” filialının müdiri vəzifəsinin müvəqqəti icrası “Sabunçu” filialının müdir müavini Niyaz Kərimzadəyə həvalə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...