“Xəzər Lənkəran”ın cəzasını ödəmək çətin məsələdir” - Rövnəq Abdullayev

“Xəzər Lənkəran”ın cəzasını ödəmək çətin məsələdir” -


Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıdan sonra Assosiasiya rəhbəri keçirilən brifinqdə apasport.az saytının əməkdaşının da sualını cavablandırıb.

- İclasla bağlı fikirlərinizi bilmək istərdik...

- Əsas məsələ klubların lisenziya şərtlərini yerinə yetirməsi ilə bağlıdı. Bildiyiniz kimi, həm Premyer Liqa, həm də I divizion klubları lisenziya şərtlərinə cavab verə bilmirlər. Cəmi 8 klub bu şərtləri yerinə yetirdilər və növbəti mövsümdə çıxış etmək üçün lisenziya aldılar. Digərləri həvəskar səviyyədədi. Premyer Liqa və I divizionda neçə komandanın iştirakı ilə bağlı müzakirə aparıldı. Klublar bank təminatı təqdim etməlidirlər. Lisenziyalaşdırma Qrupu baş katiblik və PFL-lə birgə işləməlidi. Onlara 1 həftə vaxt verildi. Bir həftədən sonra yenə yığışıb, yekun qərar verəcəyik. Premyer Liqada neçə klubun iştirak edəcəyini də onda açıqlayacağıq. Təbii ki, idman prinsiplərini qorumalıyıq. Biz də istədik ki, I divizionda ilk iki pilləni tutan komandalar Premyer Liqaya, son iki pilləni tutanlar isə I diviziona yollansınlar. Hazırkı vəziyyətdə cəmi 8 klubun lisenziyası var. FİFA-nın tələbi də budu ki, maliyyə dəstəyi olmayan klublar nəinki Premyer Liqada, heç I divizionda iştirak etməsinlər. Onları ora buraxmağa bizim ixtiyarımız belə yoxdu. “Rəvan”ı ötən il istisna hal kimi Premyer Liqaya buraxdıq. Az olsun, amma keyfiyyətli olsun.

- Əgər əlavə klublar olmasa 8 komandalı çempionat keçiriləcək?

- Bəli, 4 dövrəli çempionat keçirəcəyik. Amma hələ klublara yenə vaxt veririk. Çalışırıq ki, onlar sənədlərini qaydasına salsınlar. Alınsa, 10 komanda ilə keçirəcəyik.

- Lisenziyasız hansısa klub Premyer Liqada çıxış edə bilər?

- Xeyr, buna icazə verilməyəcək. FİFA və UEFA Azərbaycan futbolunun şəffaflığının monitorinqini aparır. Onlar istədikləri vaxt yoxlama apara bilərlər.

- Komandaların sayının azalması milliyə mənfi təsir etməyəcək?

- Əlbəttə, edəcək.

- Bəs I divizionla bağlı məsələ nə yerdə qaldı?

- I divizionla bağlı şərtlər də dəyişib. Artıq həvəskar statusdan qurtulmalıdırlar. Ən azı AFFA-nın tələblərini yerinə yetirməlidirlər.

- “Xəzər Lənkəran” və “Bakı”nın yaxşı infrastrukturu var. Amma sponsorları stadionların ot örtüyünə baxacaq gücdə deyillər. AFFA onlara hansısa şəkildə kömək etməyi düşünürmü?

- Hər iki kluba qarşı FİFA-nın maliyyə sanksiyası var. “Bakı”nın mənfi 15 xalı var. Bundan sonra nəyə oynayacaqlar? “Xəzər Lənkəran”a da eyni şəkildə cəzalar gəlməyə başlayır. Bunu ödəmək çətin məsələdi. Biz də “Bakı” rəhbərliyi ilə danışırıq ki, onların bazasını futbolumuza qazandıraq.

- Lisenziya ilə bağlı son tarix nə vaxtdı?

- İyunun 13-də yığışıb, son qərarı qəbul edəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...