Abel Məhərrəmov Qazaxa getdi, icra başçısı ilə görüşdü - FOTO

Abel Məhərrəmov Qazaxa getdi, icra başçısı ilə görüşdü -


Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə” 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı hesab edilmişdir.

GUNDEMİNFO.AZ -a daxil olan məlumata görə bu münaisbətlə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazax rayonunda olmuşdur. Abel Məhərrəmov əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovla görüşmüş, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.

Sonra rayon rəhbərliyi və qonaqlar Bakı Dövləıt Universitetinin Qazax filialı ilə tanış olmuşlar. Tanışlıq zamanı Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Sərəncam müansibətilə filialın müəlim və tələbə kollektivini təbrik etmişlər, onlara təhsildə yeni-yeni uğurlar arzulamışlar.

Bildirilmişdir ki, ölkə prezidenti İlham Əliyev cənabları regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı tam təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, təhsil müəssisələrinin maddi texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə bu sərəncamı vermişdir. Bu, təhsilimizə, gənclərimizə ölkə prezidentinin göstərdiyi qayğının yeni bir təzahürüdür. Sonda təhsil müəsəsinin müəllim və tələbə kollektivi ölkə prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər, daha səylə çalışacaqlarına və oxuyacaqlarına əminlik ifadə etmişlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1079 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...