Nalbandyan həmsədrlərlə görüşüb

Nalbandyan həmsədrlərlə görüşüb


Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

APA-nın Ermənistan XİN-ə istinadən verdiyi məlumata görə, görüşdə fəaliyyətdə olan sədrin şəxsi Anjey Kaspşik də iştirak edib.

Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası başlayıb. İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Toplantı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə 2+3 formatında görüşü gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
763 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...