"Azər Türk Bank"ın rəhbərliyində daha bir dəyişiklik olub

"Azər Türk Bank"ın rəhbərliyində daha bir dəyişiklik olub

"Azər Türk Bank" ASC-də daha bir kadr dəyişikliyi olub. "APA-Economics" xəbər verir ki, Fərid Orucov baş direktor vəzifəsindən uzaqlaşdırılıb. Beləliklə, bankın baş direktorlarının sayı birə enib. Yeganə baş direktor Rəsul H

seynovdur. Qeyd edək ki, F. Orucov Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucovun qardaşıdır.


Xatırladaq ki, bu gün "Azər Türk Bank" ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. İclasda bankın İdarə Heyətinin tərkibinə dəyişiklik edilib. Belə ki, Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Orxan Hüseynova həvalə edilib.

O. Hüseynov 2007-ci ildən bank sahəsi üzrə fəaliyyət göstərir və ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb.

O. Hüseynovadək bu vəzifəni müvəqqəti olaraq Xalid Əhədov icra edib. X. Əhədov vəzifəsindən azad olunan Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədovu əvəzləyib.

X. Əhədov dekabrın 2-dən etibarən "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib. Bu təyinatadək isə X. Əhədov lisenziyası ləğv olunan "Bank Standard" QSC-nin İdarə Heyətinin sədri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...