Bakıda Binə qəsəbəsində evləri su basdı - FOTOLAR

Bakıda Binə qəsəbəsində evləri su basdı  -


Bakının Binə qəsəbəsində subasma hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun APA-ya verdiyi məlumata görə, Binə qəsəbəsində “Bakavtomat” zavodunun yaxınlığında qrunt sularının səviyyəsi qalxıb, nəticədə torpaq sahələri, onlarla evin həyətyanı sahəsi və zirzəmiləri su ilə dolub.

“Son aylar yağan intensiv yağışlardan sonra qrunt sularının səviyyəsinin qalxması və ətraf ərazilərin su ilə basılması müşahidə olunub. Ərazidə drenaj-kanalizasiya sistemi olmadığından bu hadisə baş verib. Elə yer var ki, suyun hündürlüyü yer səthindən təxminən 25-30 sm-ə qalxıb. Onlarla ev suyun içində qalıb”, - deyə R. Həsənov qeyd edib.

Bakıda Binə qəsəbəsində evləri su basdı  -
Bakıda Binə qəsəbəsində evləri su basdı  -
Bakıda Binə qəsəbəsində evləri su basdı  -
Bakıda Binə qəsəbəsində evləri su basdı  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...