Əfv Komissiyasının iclasları davam edir

Əfv Komissiyasının iclasları davam edir


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya deyib ki, iclasda 130 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
726 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...