“SOCAR Polymer” şirkəti 2017-ci il Yay Təcrübə Proqramına start verib

“SOCAR Polymer” şirkəti 2017-ci il Yay Təcrübə Proqramına start verib


“SOCAR Polymer” şirkəti 2017-ci il Yay Təcrübə Proqramında iştirak etmək üçün ərizə qəbuluna başlayıb.
“Report”a şirkətdən verilən məlumata görə, proqram 12 həftə ərzində davam edəcək.

Qeyd olunub ki, bu müddət ərzində iştirakçılar şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, yeni bacarıqlara yiyələnəcək və icraatda olan layihələrə töhfələrini verəcəklər.

Təcrübə dövrünə tam həcmli tanışlıq kursu ilə başlayan təcrübəçilər daha sonra real layihə üzərində işləyən kollektivə qoşulacaq. Qeyd olunub ki, təcrübənin böyük hissəsinin iş yerlərində keçirilməsi ilə yanaşı, fərdi ünsiyyət qurma bacarıqlarını aşılamaq üçün çoxlu təlimlər keçiriləcək. Təcrübə dövrü ərzində həm təlim sessiyaları, həm də obyektlərə sahə ziyarətləri təşkil olunacaq. Bununla yanaşı, mütəxəssislərlə görüşmək və onların peşəkar rəyləri ilə tanış olmaq üçün də çoxlu imkanlar veriləcək.

“2016-cı ildə “SOCAR Polymer” şirkətinin təşəbbüsü ilə başlanan Yay Təcrübə Proqramından onlarla gənc faydalanıb. Bundan əlavə, 5 təcrübəçi daha sonra şirkətdə işə qəbul olunub və peşəkar karyeralarına başlayıb. Uğurla sınaqdan keçmiş keçən ilki Yay Təcrübə Proqramını davam etdirmək niyyəti ilə “SOCAR Polymer” 2017-ci ilin Yay Təcrübə Proqramında iştirak etmək üçün ərizə qəbulu elan edir. “SOCAR Polymer” şirkətində keçilən təcrübə bacarıq və təcrübə əldə etmək, özünü şirkətin həyata keçirdiyi böyük işlərdən birinə həsr etmək üçün cəlbedici və dəyərli bir imkandır”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, təcrübə və sərfəli saat hesabı əmək haqqı ilə bərabər bu proqram iştirakçılar üçün aşağıdakıları imkanları yaradacaq:

Şirkət haqqında müəyyən təsəvvürün formalaşdırılması imkanı
Burada, şirkətin mahiyyəti, onun rolu və personalı haqqında təsəvvür nəzərdə tutulur. Yəni, təcrübəçilər özlərini kollektivin gələcək diplomlu mütəxəssiləri kimi hiss edib-etmədiklərini müəyyən edəcəklər.
Ümumi işdə iştirak etmək imkanı
İştirakçılar real layihələr çərçivəsində aparılan işlərdə iştirak etməyə şövq edilərək sınaqdan keçiriləcəklər. Bu, təcrübə əldə etmək və həmin işlərin onlara uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün ən yaxşı üsuldur.
Təcrübədən daha çox şey əldə etmək imkanı
İstehsalat təcrübəsi də Yay Təcrübə Proqramları çərçivəsində həm maaş, həm də ödənişli məzuniyyət təklif edilir.
Peşəkar baxımdan inkişaf etmək imkanı
Bacarıqlarını ən yaxşı formada göstərilməsinə kömək etmək məqsədi ilə iştirakçılar üçün çoxlu dəstək və təlim kursları təşkil olunacaq. Kurslarda yüksək müvəffəqiyyət dərəcələri qazanan təcrübəçilərə gənc mütəxəssis olaraq iş təklif oluna bilər. Belə hallarda, həmin təcrübəçilər öz təhsil müəssisələrinə qayıdıb təhsillərinə davam edir, bizim şirkətdə isə natamam ştat işçisi kimi fəaliyyət göstərir. Təcrübə proqramına təhsildə yaxşı müvəffəqiyyət dərəcələri alan tələbələr qatıla bilər.
Proqrama qatılmaq üçün ərizə ilə müraciət edən şəxslər aşağıdakı meyar və tələblərə cavab verməlidir:
- III və ya IV kurs universitet tələbəsi olmalıdır;
- 2016-cı ildə bakalavr dərəcəsi almış olmalıdır;
- Azərbaycan vətəndaşı olmalıdır;
- Texniki biliklərə malik olmalıdır;
- Təhlükəsizlik texnikasından xəbərdar olmalıdır;
- İngilis dilində yaxşı şifahi və yazılı bacarıqları olmalıdır;
- Analitik bacarıqları olmalıdır;
- Yaxşı ünsiyyətqurma bacarığı olmalıdır;
- Oxuyub inkişaf etməyə meylli olmalıdır.
Yay Təcrübə Proqramına qatılmaq üçün 30 aprel 2017-ci il tarixinə qədər www.socarpolymer.az saytında yerləşdırlmış formanı doldurmaqla müraciət etmək



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...