Komitə İsrail vətəndaşı ilə bağlı görüntü yaydı - VİDEO

Komitə İsrail vətəndaşı ilə bağlı görüntü yaydı -


Ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, bu sözlər Dövlət Gömrük Komitəsinin açıqlamasında əksini tapıb. Komitədən bildirilib ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Faktla bağli ətrafli məlumat veriləcək.

Qeyd edək ki, DGK hadisəni əks etdirən video da yayıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...