Gəncədə avtomobil küçəni süpürən qadını vuraraq öldürüb

Gəncədə avtomobil küçəni süpürən qadını vuraraq öldürüb


Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu süpürən Təmizlik İdarəsinin işçisi olan qadını vurub. Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...