Bir qrup hərbçiyə polkovnik rütbəsi verildi - FOTOLAR

Bir qrup hərbçiyə polkovnik rütbəsi verildi -


Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində bir qrup zabitə növbəti "polkovnik” hərbi rütbəsi verilib.

Bu barədə Gundeminfo.az-a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müdafiə nazirinin müvafiq əmrləri şəxsi heyətə çatdırıldıqdan sonra general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən və həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Nazir vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.


Bir qrup hərbçiyə polkovnik rütbəsi verildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...