Zaur Qəhrəmanov “SOCAR Turkey”in əsas fəaliyyət istiqamətlərini açıqlayıb

Zaur Qəhrəmanov “SOCAR Turkey”in əsas fəaliyyət istiqamətlərini açıqlayıb

“Mövcud enerji resurslarından səmərəli və məhsuldar istifadə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Turkey”in əsas fəaliyyət istiqamətidir”. “Report” xəbər verir ki, bunu “SOCAR Turkey A.Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov "Daily Sabah"a açıqlamasında deyib.

Z.Qəhrəmanovun sözlərinə görə, Şirkət dayanıqlığı təmin etmək üçün iki istiqamət seçib: “Bunlardan birincisi mövcud resurslardan səmərəli istifadə, digəri isə alternativlərdən istifadədir".

SOCAR rəsmisi deyib ki, bu gün İstanbulda başlayan beynəlxalq neft konqresi aktual məsələlərin müzakirə edilməsi və gələcəyə yönəlmiş körpülərin qurulması üçün çox böyük əhəmiyyət daşıyır: “İnanıram ki, biz benzin və qaz sənayesi, şirkətlər və onların payçıları, ölkələr və korporasiyalar, istehsal və ətraf mühit arasında körpü qurmağı bacaracağıq və bu konqres məqsədimizə çatmaq üçün imkanlar açacaq”.

Z.Qəhrəmanov Azərbaycanın Türkiyədəki digər layihələri haqqında da danışıb: “SOCAR-ın Türkiyəyə investisiyaları 18 mlrd. dollara çatır. Ümumi istehsal həcmi 10 mln. ton olan "STAR" neft emalı zavodu üçün 6 mlrd. dollar sərmayə yatırılıb və işlərin 90%-i yerinə yetirilib. Gələn il üçün bu emal zavodunun istifadəyə verilməsini planlaşdırırıq. Müəssisə Türkiyənin enerji tələbatındakı kəsirin 50%-ni kompensasiya edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...