Direktor nazir müavininə şeir yazdı: "Hər addımda quyu qazar" — FOTO

Direktor nazir müavininə şeir yazdı:

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev şeir yazıb. Direktor şeiri sosial şəbəkədə paylaşıb:

Bir nadanın əllərində
Rəzil olan min nankor var.
İstəyəndə sağa çapar,
İstəyəndə sola çapar.

Bir dalanın ağuşunda,
Tərs aparan min döngə var.
Hər döngənin min döngəsi –
Tərsə salar, tərs aparar.

Bir İblisin caynağında
Çabalayan min şeytan var.
Hər şeytan da, hər əlində
Min kərə, min qəza tutar.

Hər addımda quyu qazar,
Quyusuna özü düşər.
Uca Allahın önündə
Gah yalvarar, gah büzüşər.

Təkcə, haqqın həqiqəti
Birüzlüdü, birrənglidi.
Min şeytan, min iblis gəlsə,
Xoş səsli, xoş ahənglidi.
Allah bizi haqqa yazıb,
Biz də haqqın köləsiyik.
Ol dedikcə, olasıyıq,
Öl deyəndə, öləsiyik.

Direktor nazir müavininə şeir yazdı:

Bildirilir ki, Piriyev sözügedən şeiri yüksək vəzifəli dövlət məmurlarından (adını bilsək də açıqlamırıq-red.) birinin vəzifədən uzaqlaşdırılacağını eşidəndən sonra yazıb. Ancaq son anda həmin şəxs postunda saxlanıldığı üçün ithafın kimə olduğunu açıqlamayıb. Əldə etdiyimiz məlumata görə, bu şəxs nazirlərdən birinin müavinidir. /olke.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...